[:az]Martın 27-də Xəzər Universitetində Türkiyənin aparıcı universitetlərindən biri olan Kayseri Erciyes Universiteti ilə Xəzər Universiteti arasında Erciyes Universitetinin rektoru professor Fahrettin Keleştimur və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tərəfindən öncə imzalanmış anlaşma protokolunun təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini Xəzər Universitetinin prorektoru professor Məhəmməd Nuriyev açaraq, iştirakçıları salamladı və Türkiyədən gələn qonaqları-Erciyes Universitetinin prorektoru professor Hasan Yetimi və GenKök Hüceyrə Mərkəzinin direktoru professor Yusuf Özkulu təqdim etdi. M. Nuriyev Xəzər Universiteti haqqında qonaqlara geniş məlumat verdi.Erciyes Universiteti adından çıxış edən H. Yetim vəY. Özkul universitet, onun mərkəzləri və institutları haqqında ətraflı məlumat verərək, imzalanmış protokolun hər iki tərəf üçün əhəmiyyətli olduğunu bildirdilər. Sonra qonaqlar onlara ünvanlanan çoxsaylı sualları cavablandırdılar.
Təqdimat mərasimində prorektor Rafiq Əhmədov, dekanlar İnqilab Əhmədov, Siyavuş Azakov, Elza Səmədova, Magistratuira, doktorantura və elmi işlər üzrə bölmənin müdiri Eldar Şahgəldiyev, Beynəlxalq əlaqələr üzrə prorektorun assisenti Maya Muxuradze, Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli iştirak edirdilər.
[:en]On March 27, a ceremony was held to present an MOU which had been previously signed by the president of Erciyes University, Professor Fahrettin Kelestimur, and the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, between one of the leading universities in Turkey, Kayseri Erciyes University, and Khazar University.
The vice president of Khazar University, Professor Muhammad Nuriyev, opened the ceremony, welcoming the participants and the vice president of the Erciyes University, Hasan Yetimi, and the director of GenKök Cell Center, Professor Joseph Ozkul. M. Nuriyev informed the guests about Khazar University. H. Yetim and Y. Özkul spoke on behalf of Erciyes University, gave detailed information about its centers and institutes, and noted that the new MOU is important for both parties. The guests answered questions addressed to them.
Vice President Rafig Ahmadov, Deans Ingilab Ahmedov, Siyavush Azakov, Elza Samedova, head of the Division for Graduate Studies and Research, Eldar Shahgaldiyev, Assistant to the Vice President of International Relations Maya Mukuradze, Director of Student Admissions Isakhan Isakhanli and Director of Public Relations and Media Alovsat Amirbeyli also participated in the presentation ceremony.
[:]