[:az]Martın 1-də Xəzər Universitetində Musiqi və incəsənət departamentinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzinin açılmasına həsr olunmuş mərasim keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qırmızı lenti kəsib, mərkəzi açdıqdan sonra mərasim iştirakçıları – universitetin tələbələri, prorektorlar Məhəmməd Nuriyev və Rafiq Əhmədov, dekanlar və departament müdirləri, digər əməkdaşlar və qonaqlar Mədəniyyət mərkəzinə daxil olub, burada təşkil olunmuş sərgiyə baxdılar.
Mərasimi Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova açaraq, qeyd etdi ki, Xəzər Universitetinin fəaliyyətə başladığı ilk illərdən elm və təhsillə yanaşı, mədəniyyət sahəsində də bir sıra qurumlar yaradılmış və onlar uğurla fəaliyyət göstərir. O, Mədəniyyət mərkəzinin də məhz belə qurumlardan biri olduğunu söylədi və mərkəzin gələcək fəaliyyəti haqqında geniş məlumat verdi.
Mərasimdə Musiqi və incəsənət departamentinin universitetin vebsaytındakı səhifəsinin təqdimatı da oldu. Təqdimatla İnternet institutu direktorunun assistenti Yəmən Haşımova çıxış etdi.
Mərasim universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının ad gününə təsadüf etdiyindən, iştirakçılar onu təbrik edib, elm, təhsil və ədəbi fəaliyyətində ona yeni uğurlar arzuladılar. H. İsaxanlı Mədəniyyət mərkəzinin yaradılmasında iştirak etmiş əməkdaşlara və ad günü münasibətilə təbrikə görə universitet kollektivinə təşəkkürünü bildirdi. Mərasimdə iştirakçılara universitet müəllimləri və tələbələrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olundu.
[:en]On March 1, the opening ceremony for a new Cultural Center was held at Khazar University. After cutting the ribbon, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, opened the ceremony. Then the ceremony participants — university students, Vice Presidents Muhammad Nuriyev and Rafig Ahmedov, deans and department heads, other employees and guests — entered the Cultural Center and looked at the exhibition.
Director of the Department of Music and Fine Arts, Zulfiyya Sadigova, opened the ceremony,
noting that from the university’s earliest years, a number of internal organizations in the fields of science, education, and culture have been operating successfully. She said that one such organization is the Cultural Center, and she gave information about the activities of the center.
The Music and Fine Arts Department’s new page on the university’s website was also presented at the ceremony. The assistant to the Director of the Internet Institute made the presentation.
The ceremony coincided with birthday of Professor Hamlet Isaxanli. Participants congratulated him, wishing him further success in his scientific, educational and literary activities. H. Isaxanli expressed his gratitude to the employees who participated in the creation of the Cultural Center and to the staff for their kind words on the occasion of his birthday. An interesting concert program was also given at the ceremony with the participation of university teachers and students.
[:]