[:az]Fevralın 28-də Bakı şəhəri Xətai rayonunun 24 saylı məktəbində müvəqqəti yerləşən Şuşa rayonunun 12 saylı orta məktəbində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə həmin məktəbin kollektivinin və Şuşa ziyalılarının görüşü keçirildi. Görüş Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlandı. Tədbiri giriş sözü ilə məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Elnurə Əzizova açdı. 12 saylı məktəbin direktor müavini, fizika müəlliməsi Nazilə Əzizova H. İsaxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Məktəbin şagirdləri Hamlet İsaxanlının müxtəlif dövrlərdə yazdığı “Yaşamağa nə var ki…”, “Keçmiş”, “Dumanlı dünya” və digər şeirlərini əzbər söylədilər.
Aparıcı çıxış üçün sözü H. İsaxanlıya verdi. H. İsaxanlı öncə məktəbin pedaqoji kollektivinə, şagirdlərinə görüş üçün təşəkkürünü bildirdi və onlara riyaziyyatçı alim, şair, tərçüməçi, publicist və filosof kimi həyat yolunu anlatdı, əldə etdiyi uğurların sirlərindən danışdı. H.İsaxanlı şagirdlər və müəllimlərin ona ünvanladıqları çoxsaylı maraqlı suallarını da cavablandırdı və öz şeirlərini oxudu.
Tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, 12 saylı məktəbin direktoru Nazilə İbrahimova, 24 saylı məktəbin direktoru Rafiq Məmmədov və digərləri H.İsaxanlı, onun qurduğu Xəzər Universiteti və “Dünya” məktəbi haqqında xoş sözlər söylədilər və doğum günü münasibətilə yubilyara cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzuladılar. V.Fətəliyeva və T. Əliyev yubilyara Şuşanın füsünkar mənzərəsini əks etdirən böyük tablonu hədiyyə etdilər. H. İsaxanlı xoş sözlər və maraqlı görüş üçün Şuşa rayonunun rəhbərliyinə, məktəbin kollektivinə və ziyalılılara minnətdarlığını bildirdi.
Görüşdə Şuşa rayon prokuroru Məmmədəli Rəhmətov, Şuşa rayon məhkəməsinin sədri Allahverən Həsənov, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, təhsil şöbəsinin əməkdaşları, rayonun riyaziyyat və dil-ədəbiyyat müəllimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
[:en]On February 28, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, met with Shusha intellectuals and the staff of secondary school # 12 of the Shusha region which is temporarily located in the School # 24 of the Khatai district of Baku. The meeting began with the sounding of the National Anthem. The meeting was opened by the head of the Children’s Association of the school, Elnura Azizova. Deputy Director and physics teacher of the school #12, Nazila Azizova, gave detailed information about the life and activity of Hamlet Isaxanli. Students of the school recited “What’s so hard about living,” “Past,” “Misty World” and other poems written by Hamlet Isaxanli at various times.
Then the emcee passed the floor to Hamlet Isaxanli. He thanked the teaching staff of the school and students for the meeting and talked about his life as a mathematician, poet, translator, publicist and philosopher, mentioning his secrets for success. H. Isaxanli answered many interesting questions addressed to him by students and teachers and recited his own poems.
Attending the event, Deputy Head of the Executive Power of Shusha Region, Vusala Fataliyeva, Head of Shusha District Education Department, Tevekkul Aliyev, Director of the school #12, Nazila Ibragimova, Director of the school #24, Rafig Mammadov, and others said kind words about H. Isaxanli, Khazar University which he founded, and “Dunya” School, and wished him good health, happiness and successes on the occasion of his birthday. V. Fataliyeva and T. Aliyev presented large painting reflecting an amazing view of Shusha. H. Isaxanli thanked everyone for the kind words and interesting meeting with the Shusha district administration, school staff, and intellectuals.
Prosecutor of the Shusha region, Mammadali Rehmetov, chairman of the Shusha region court, Allahveren Hasanov, Director of Khazar University Public Relations and Media, Alovsat Amirbeyli, colleagues of the Department of Education, math and language/literature teachers of the region and representatives of the local public also participated at the meeting.
[:]