Dekabrın 13-də “Hyatt Regency” otelinin “Quba” konfrans zalında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAİD) ilə Əməkdaşlıq Razılaşmasına əsasən bu il icrasına başladığı “Azərbaycan Hüquqları Konsorsiumu” layihəsi ilə əlaqədar “Azərbaycanda vətəndaş hüquqlarının təminatı istiqamətində hüquq islahatları” mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və AHK İdarə Heyətinin sədri Əli Hüseynli, “USAİD-Azərbaycan”ın Demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlas (Ronal Glass), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, AHK İdarə Heyətinin üzvü Ceyhun Qaracayev, Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və başqaları çıxış etdilər. Tədbirdə Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Miqrasiya araşdırmaları mərkəzinin müdiri Leyla Niyazova iştirak edirdilər. On December 13, at the “Guba” conference hall of “Hyatt Regency” hotel, the Azerbaijan Lawyers Confederation (ALC), in accordance with their Partnership Agreement with the U.S. Agency for International Development (USAID), held a National Stakeholder meeting on Legal Reforms for safeguarding rights in Azerbaijan” in connection with the project “Azerbaijan Rights Consortium” which was implemented this year. Ali Huseynli, Member of Parliament of Azerbaijan Republic, Chairman of the Legal Policy and State Building Committee and Board of ARC; Ronal Glass, Director of the Office of Democracy and Governance of “USAID-Azerbaijan;” Ali Garajayev, member of the Board of Directors of ARC; Professor Hamlet Isaxanli, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees; and others made presentations. Dean of the School of Humanities and Social Sciences of Khazar University, Jabir Khalilov, and director of Director of Migration Competence Center, Leyla Niyazova, participated in the meeting.