[:az]Dekabrın 13-də Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri Xəzər Universitetinin “Dünya” konsert salonunda dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 90 illik və dünya şöhrətli dirijor Niyazinin 100 illik yubileylərinə həsr olunmuş konsert proqramı ilə çıxış etdi. Dirijor orkestrin bədii rəhbəri və baş dirijoru, BMA-nın professoru, əməkdar müəllim Tofiq Aslanov idi.
Konsertdən əvvəl orkestrin direktoru, BMA-nın professoru, Xəzər Universiteti “Dünya” məktəbinin müəllimi, xalq artisti Yeganə Axundova çıxış edərək, orkestrin yaranması və fəaliyyətindən danışdı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxışında belə bir orkestrin yaradılmasının əlamətdar hadisə olduğunu söylədi və gənc kollektivə uğurlar arzuladı.
Konsertdə orkestrin ifasında Yzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Aqşin Əlizadə və xarici bəstəkarların əsərləri səsləndi. Solistlər Azər Rza və Afaq Abasova idi. Tamaşaçılar – Xəzər Universitetinin professor müəllim heyəti və tələbələri orkestrin çıxışını böyük maraq və rəğbətlə qarşıladılar.
[:en]On December 13, the Youth Chamber Orchestra of Baku Music Academy (BMA) named after U. Hajibeyli gave a concert in memory of Fikrat Amirov’s 90th anniversary and Niyazi’s 100th anniversary at Khazar University’s “World” concert hall. The conductor was Tofig Bayramov, the art director and chief conductor of the orchestra, honored teacher, and professor of BMA.
Before the concert, the director of the orchestra, professor of BMA and instructor at Khazar University’s “Dunya” school, People’s Artist Yegane Akhundova made a presentation, talking about the establishment and activities of the orchestra.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, said that it is a significant event to found such an orchestra, and wished good luck to the young team.
The orchestra performed pieces by Uzeir Hajibeyli, Fikret Amirov, Niyazi, Qara Qarayev, Tofiq Guliyev, Agshin Alizadeh and foreign composers. Soloists were A. Riza and Afag Abasova. The orchestra’s performance was met with great interest on the part of the audience, made up of staff and students of Khazar University.
[:]