Dekabrın 17-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Təhsil fakültəsinin təşəbbüsü ilə Azərbaycanın böyük şairi Əhməd Cavadın anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri Azərbaycan dili və ədəbiyyat departamentinin rəhbəri dosent Vurğun Əyyub Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən məruzə ilə açdıqdan sonra səhnə tələbələrin ixtiyarına verildi. Universitet tələbələrinin hazırladığı ədəbi-bədii tamaşada şairin həyatını əks etdirən səhnəciklər oynanılmış, şeirləri oxunmuş, şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Əhməd Cavad yaradıcılığı haqqında düşüncələrini tamaşaçılarla bölüşmüş, tədbiri hazırlayanlara və iştirakçılara təşəkkürünü bildirmişdir. Tamaşa sözlərini Əhməd Cavadın yazmış olduğu Azərbaycan Dövlət Himninin oxunması ilə sona çatmışdır. On December 17, an event dedicated to the 120th anniversary of the birth of the great Azerbaijani poet Ahmed Javad was held at Khazar University’s “World” Concert Hall. After the opening speech of Associate Professor Vurghun Ayyub, Head of the Department of Language and Literature, about the life and activity of Ahmad Javad, the floor was given to students. Scenes prepared by university students were displayed and literary and artistic performances reflecting the life of the poet were given; poems were read; and songs composed on Javad’s lyrics were sung. Then the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, shared his thoughts about Ahmad Javad with the audience, thanking all who prepared and participated in the event. The event was brought to a close with the singing of the National Anthem, which was written by Ahmad Javad.