Dekabrın 9-da Xəzər Universitetinin Mərkəz kampusundakı “Dünya” konfrans salonunda “Dünya” IB Məktəbi tərəfindən təşkil olunmuş 1-ci Milli IB Forumu keçirildi. Forumun mövzusu “Tədris mədəniyyəti” idi.
Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açılış mərasimində çıxış etdi. Xəzər Universitetinin müəllimi Coel Robbins İngilis dilinin tədris üsulları barədə mühazirə oxudu.
Sonra IB tələbələri Aydan Nəsibova, İslam Əliyev və Esmiralda Şirinova “Təhsildə gender məsələləri”, Sima Cabbarova, Türkan Məmmədli və İlahə Nəsibzadə “Tədrisin müasir metodları” mövzusunda təqdimatla çıxış etdilər. Tədris mədəniyyəti ilə bağlı mövzuları hərtərəfli əhatə edən bir sıra paralel iclaslar da təşkil olundu. Forum iştirakçıların – müəllim və tələbələrin fikir mübadiləsi ilə başa çatdı.
The 1st National IB Forum organized by Dunya IB School was held at the World Hall of Khazar University on 9 December. The theme of the Forum was “Culture of Learning.” A number of parallel sessions were arranged covering a wide range of topics regarding the culture of learning.
The IB students of Dunya School opened the 1st National IB Forum. The founder of Khazar University and Dunya School, Prof. Hamlet Isaxanli, gave a speech at the opening ceremony.
Joel Robbins from Khazar University introduced a presentation on English Teaching Activities. Then, after refreshments, there were student sessions.
IB students Aydan Nasibova, Islam Aliyev and Esmiralda Shirinova made a presentation on “Gender Issues in Education,” and then Sima Jabbarova, Turkan Mammadli, and Ilaha Nasibzadeh made a presentation about “Modern Ways of Learning.”
The participants of the Forum observed sessions led by teachers and students and discussed topics on the culture of learning. A group photo was taken at the end of the Forum.