Dekabrın 7-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin 56-cı məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açdı. O, məşğələyə dəvət olunmuş Elmlər Akademiyasının, universitetlərin və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələrini salamlayaraq, “Elm və Sənət Məclisi”nin mövzusu haqqında məlumat verdi. H. İsaxanlı AXC-nin yaradıcıları haqqında çoxsaylı tədqiqatlar aparmış professor Cəmil Həsənlini iştirakçılara təqdim edərək bildirdi ki, C. Həsənli AXC-nin qurucularından olan Əlimərdan bəy Topçubaşovun həyatı haqqında çoxlu yeni məlumatlar əldə etmişdir. Sonra C. Həsənli Ə. Topçubaşov haqqında geniş məruzə ilə çıxış etdi. Məruzədən sonra müzakirələr keçirildi. Müzakirələrdə Rafiq İsmayılov (BDU), İradə Bağırova (AMEA-nın Tarix İnstitutu ), Süleyman Əliyarlı (BDU), Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), Faiq Ələkbərov (AMEA-nın Fəlsəfə İnstitutu), Hamlet İsaxanlı, Lalə Hüseynova (Elmlər Akademiyası ), Mail Yaqubov (Xəzər Universiteti) və digərləri iştirak etdilər. Sonda H. İsaxanlı maraqlı məruzə üçün C. Həsənliyə təşəkkürünü bildirdi. On December 6th, the 56th routine meeting of the Khazar University’s Assembly of Science and Art was held. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, opened the meeting. He welcomed representatives of the Academy of Sciences, universities and various non-governmental organizations who were invited to the meeting and gave information about the subject of the Assembly of Science and Art. H. Isaxanli introduced Professor Jamil Hasanli, who has carried out a great deal of research about the founders of the ADR, stating that J. Hasanli has gained much new information about the life of one of the founders of the ADR, Alimardan bay Topchubashov. Then J. Hasanli made a report about A. Topchubashov.
After the report, discussions were held. Rafig Ismailov (BSU), Irada Bagirova (Institute of History of ANAS), Suleyman Aliyarli (BSU), Solmaz Tohidi (Institute of Eastern Studies of ANAS), Faig Alekberov (Institute of Philosophy of ANAS), Hamlet Isaxanli, Lala Huseynova (Academy of Sciences), and Mail Yagubov (Khazar University) participated in the discussion. At the end of the event, H. Isaxanli thanked J. Hasanli for the interesting report.