Dekabrın 3-də Xəzər Universitetində Tempus məlumat günü keçirildi. Tədbirdə Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin səfiri Roland Kobia, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin, Təhsil Nazirliyinin, Bakı şəhərində yerləşən əksər universitetlərin, eləcə də Gəncə və Naxçıvan dövlət universitetlərinin əməkdaşları, media nümayəndələri iştirak edirdilər. Tədbir başlamazdan öncə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı jurnalistlər qarşısında çıxış etdi.
Tədbiri də giriş sözü ilə H. İsaxanlı açdı. Sonra səfir R. Kobia çıxış etdi. Təhsil nazriliyinin nümayəndəsi Natiq İbrahimovun çıxışı və Azərbaycan Milli Tempus Mərkəzinin rəhbəri Pərviz Bağırovun, Avropa Birliyinin Təhsil və mədəniyyət üzrə agentliyinin proqram koordinatoru Cek Kempin, Xəzər Universitetinin Akademik işlər üzrə prorektoru professor Məhəmməd Nuriyevin və digərlərinin təqdimatları dinlənildi.
Əsas müzakirə olunan məsələlər Tempus proqramı vasitəsilə universitetlərarası beynəlxalq əməkdaşlıq, xaricdə təhsil imkanları və s. idi.
On December 3, Tempus Information Day was held at Khazar University. Ambassador of the European Union Delegation to Azerbaijan, Roland Kobia; employees of the Embassy of the Federal Republic of Germany in Azerbaijan, the Ministry of Education, and most of the universities located in the city of Baku; and representatives from Ganja, Nakhchivan State University and the media attended the meeting. Before starting the event, the founder and chairman of the Board of Directors and Trustees of Khazar University, Professor Hamlet Isaxanli, made a speech for the journalists in attendance.
The meeting was opened by H. Isaxanli. Then Mr. R. Kobia made a presentation. Speechs were also made by representative of the Ministry of Education, Natig Ibragimov; Head of the National Tempus Office in Azerbaijan, Parviz Bagirov; Program Coordinator of European Union Agency for Education and Culture, Jacques Kemp; Vice President for Academic Affairs of Khazar University, Mahammad Nuriyev; and others.
The main issues discussed were international cooperation among universities through the Tempus program, and opportunities to study abroad.