Noyabrın 30-da Xəzər Universitetində universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə IREX-Azərbaycanın (Beynəlxalq Tədqiqat və Mübadilə Şurası) nümayəndələri – yeni media üzrə mütəxəssisi Ülviyyə Əsədzadə, Şəhla Əliquliyeva və universitetin Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli arasında görüş keçirdi.
Görüşdə IREX-Azərbaycanın jurnalistika təhsili verən ali məktəblər üçün təklif etdiyi layihə müzakirə olundu və növbəti semestrdə universitetdə tədris olunacağı gözlənilən jurnalistika fənlərinin bəzi müəllimləri seçildi.
Sonra universitetdə jurnalistika ixtisasının daha da inkişaf etdirilməsi üçün IREX-Azərbaycanın edə biləcəyi işlər barədə söhbət aparıldı. Xəzər Universiteti və IREX-Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxın zamanda niyyət protokolu – memorandum imzalanması, müəyyən texniki vasitələrin alınması üçün layihələrin hazırlanması qərara alındı.
On November 30, the founder and chairman of the Board of Directors and Trustees of Khazar University, Professor Hamlet Isaxanli, met with IREX (International Research and Exchanges Board) members Ulviyya Asadzadeh, expert on new media, and Shahla Aligulieva, as well as Coordinator of the Department of Journalism of Khazar University, Jabir Mammadli.
At the meeting, an IREX project proposed for high schools that offer journalism classes was discussed, and some instructors were selected to teach journalism subjects at the university next semester. Then the participants discussed ways that IREX can support the further development of journalism at the university.
In order to strengthen relations between IREX Azerbaijan and Khazar University, a decision was made to sign an MOU in the near future and to prepare plans for the purchase of certain technical equipment.