[:az]Noyabrın 28-29-da İtaliyanın Boloniya Universitetinin əməkdaşı Francesca Maltauro Erasmus Mundus məlumat günündə iştirak etmək üçün Xəzər Universitetində oldu. Səfərin birinci günü o, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, akademik işlər üzrə prorektor Məhəmməd Nuriyev, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva ilə görüşdü və universitetlə tanış oldu.
Noyabrın 29-da universitetin “Mərmər” zalında Erasmus Mundus məlumat günü keçirildi. Məlumat günündə Xəzər Universitetinin tələbə və əməkdaşları ilə yanaşı, digər universitetlərin beynəlxalq əlaqələr üzrə departamentlərinin əməkdaşları da iştirak edirdi.
Tədbiri H. İsaxanlı açdı. Sonra Francesca Maltauro və Xəzər Universitetinin Beynəlxalq tələbələr və mütəxəssislər şöbəsinin direktoru Aytən Şadlinskaya təqdimatla çıxış etdilər və yaranmış imkanlar haqqında iştirakçıları məlumatlandırdılar. Sonda tələbələrin sualları cavablandırıldı.
[:en]On November 28, 2012, Francesca Maltauro, employee of University of Bologna, Italy, visited Khazar University to attend Erasmus Mundus Information Day.
On the first day of the visit Ms. Maltauro met with founder and Chairman of the Board of Directors and Trustees of Khazar University, Professor Hamlet Isaxanli, Vice President for Academic Affairs, Mahammad Nuriyev, and director of the Development Center, Raziye Isayeva.
On November 29, Erasmus Mundus Information Day was held in the university’s Marble Hall. It was attended by students and staff of the university as well as employees of international relations departments of other universities.
The event was opened by H. Isaxanli. Then Francesca Maltauro and the director of the International Students and Scholars Center, Ayten Shadlinskaya, made presentations and gave information about the opportunities to the participants. At the end, students’ questions were answered.
[:]