[:az]Noyabrın 29-da “Azərbaycan Hüquqları Konsorsium” layihəsi çərçivəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşdü. Görüşdə, həmçinin, Konstitusiya məhkəməsinin hakimi Ceyhun Qaracayev, layihə rəhbəri Ramil İskəndərli, Xəzər universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Miqrasiya araşdırmaları mərkəzinin müdiri Leyla Niyazova iştirak etdilər. Görüş zamanı layihə çərçivəsində Xəzər Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olundu.[:en]On November 29, within the “Azerbaijan Rights Consortium” project, the founder and chairman of the Board of Directors and Trustees of Khazar University, Professor Hamlet Isaxanli, met with Chairman of the Legal Policy and State Building Committee of the Parliament of Azerbaijan, Ali Huseynli. Judge of the Constitutional Court, Ali Garajayev, project manager, Ramil Iskandarli, Dean of the School of Humanities and Social Sciences of Khazar University, Jabir Khalilov, and Director of the Migration Competence Center, Leyla Niyazova, also participated in the meeting. Within the project, issues of collaboration with Khazar University were discussed at the meeting.[:]