[:az]Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı noyabrın 24-də Xəzər Mühəndislər İctimai Birliyinin keçirdiyi “1st Caspian Engineers Society Forum – CESF” mühəndislik forumunda iştirak etdi. O, forumda çıxış edərək, Azərbaycan mühəndislik peşəsinin tarixinə və bu gününə qısa nəzər saldı, mühəndislik təhsili barədə danışdı, Xəzər dənizinin qaynaqları və mühəndisliyin bu işdə roluna toxundu. H. İsaxanlı, həmçinin, Xəzər Mühəndislər İctimai Birliyinin fəaliyyətini də təhlil etdi.[:en]On November 24, the founder and Chairman of the Board of Directors and Trustees of Khazar University, Hamlet Isaxanli, participated in “1st Caspian Engineers Society Forum – CESF” held by Khazar Engineers Association. He gave a brief overview of the history and current situation of the engineering profession, talked about engineering education, and highlighted resources of the Caspian Sea and the role of engineering in relation to it. H. Isaxanli also analyzed the activities of Khazar Engineers Association.[:]