[:az]2012-ci il oktyabrın 17-də Xəzər Universitetində Koreya Mərkəzinin və “Koreya əlifba günü”nə həsr olunmuş sərginin açılışına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xəzər Universitetinin kollektivi ilə yanaşı, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycandakı Koreya icmasının təmsilçiləri, koreyalı iş adamları da iştirak etdilər. Xəzər Universitetinin və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə universitetdə təsis edilən Koreya Mərkəzinin açılışı universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Çou Suk-innin açılış nitqi ilə başladı.
Professor Hamlet İsaxanlı açılış nitqində Xəzər Universitetinin tədrisinə böyük əhəmiyyət verdiyi “strateji əhəmiyyət daşıyan dillər” arasında Koreya dilinin xüsusi yeri olduğunu bildirdi, açılan mərkəzin gələcəkdə Koreya dili ilə yanaşı, bu ölkənin tarixi, ədəbiyyatı və mədəniyyətinin tədqiq olunmasında böyük əhəmiyyət daşıyacağını qeyd etdi. Açılış nitqində Xəzər Universitetində Koreya dili və mədəniyyətinə olan marağı və bu sahədə atılan addımları yüksək qiymətləndirən cənab səfir Çou Suk-inn bu mərkəzin təsis olunmasının təhsil başda olmaqla, qarşılıqlı münasibətləri daha da genişləndirəcəyini və gücləndirəcəyini bildirdi. Daha sonra tədbirin təşkilatçısı olaraq universitetin Şərq dilləri və din araşdırmaları departamentinin rəhbəri Dr. Elnurə Əzizova “Koreya dili və mədəniyyəti “Xəzər”də” mövzusunda məruzə etdi. O, departamentin Koreya dilinin tədrisi sahəsində iki yaşına qədəm qoymasına baxmayaraq, cari tədris ili üçün “Koreya mədəniyyəti günləri” adlı silsilə tədbirlər toplusunun planlaşdırıldığını, “Koreya əlifba günü”nə həsr olunmuş sərginin də bu sahədə atılan ilk addım olduğunu bildirdi. Xəzər Universitetində Koreya dilinin tədrisinin banisi olan Younhong Lee 2011-ci ilin payızında bu fənnin tədrisinə başlayarkən tələbələrin və universitetin bu qədər böyük maraq göstərəcəyini gözləmədiyini, Koreya dilinin tədrisində çatılan mərtəbənin qənaətbəxş və ümidverici olduğunu bildirdi. Daha sonra Xəzər Universitetinin tələbələri Koreya poeziya və musiqisindən nümunələrlə iştirakçılara xoş anlar bəxş etdilər. Koreya Mərkəzinin açılışından sonra iştirakçılar “Koreya əlifba günü”nə həsr olunmuş sərgiyə dəvət olundu. Koreya xalqına məxsus milli geyimlərin, musiqi alətlərinin, əl işləri nümunələrinin və Koreya mədəniyyətinə aid digər eksponatların nümayiş etdirildiyi sərgi iştirakçıların böyük marağına səbəb oldu. Həm qonaqların, həm də ev sahiblərinin gərgin iş günündə qısa müddətlik olsa da, estetik zövqünü oxşayan hər iki tədbir iştirakçıların məmnun ayrılması ilə sona çatdı.
Həzin Koreya musiqisi, göz oxşayan milli geyim və incəsənət nümunələrinin təəssüratı hələ zehinlərdə təzə olsa da, Şərq dilləri və din araşdırmaları departamenti yaxın gələcəkdə təşkilatçısı olacağı “Koreya mətbəxi günü” adlı tədbir ilə “Koreya mədəniyyəti günləri” silsiləsinin davamına hazırlaşır.
[:en]On October 17, 2012, the opening of the Korea Center and an exhibition dedicated to “Korean Alphabet Day” was held at Khazar University. Along with Khazar Employees, representatives of the Embassy of the Republic of Korea, representatives of the Korean community, and Korean businessmen participated in the event.
The opening of the Korean Center, founded at the university with the joint support of Khazar University and the Embassy of the Republic of Korea, started with the opening speeches of the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Extraordinary and Plenipotentiary Ambassador of the Korean Republic to the Republic of Azerbaijan, Mr. Cho Suk-Inn. Professor Hamlet Isaxanli mentioned in his opening speech that the Korean language has a special place among “The languages assuming strategic importance” which is have great importance in their study at Khazar University, and noted that in the future, along with the Korean language, the center will assume a great importance in the study of the history, literature and culture of this country. Then, as the organizer of the event, Head of Department of Eastern Languages and Religious Studies Elnura Azizova reported on “Korean language and culture at “Khazar.”
Despite the fact that the Korean language has been taught in the department for two years, a series of events entitled “Korean Culture Days” has been planned for the current academic year, and the “Korean alphabet day” exhibition is a first step in this direction. The founder of teaching Korean language at Khazar University, Younhong Lee, noted that in the fall of 2011 when he began teaching the subject, he didn’t expect that students and the university would show such a great interest in it and carry it forward to such levels.
Then the university students offered the participants pleasant surprises by showing examples of Korean poetry and music. After the opening of the Korean Center, participants were invited to the exhibition dedicated to the “Korean Alphabet Day”. The exhibition, which demonstrated national clothes, musical instruments, and handicrafts belonging to Korean people and culture, were very interesting to the participants. Each of the two amazing events were met with the satisfaction of the participants.
In the near future, the Department of Eastern Languages and Religious Studies will organize a “Korean cuisine” event as a continuation of the “Korean Culture Days” series.
[:]