[:az]2012-ci il oktyabrın 07-dən 12-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professorHamlet İsaxanlı və universitetin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Türkiyə Cümhuriyyətində rəsmi səfərdə oldular. Universitetin rəhbərliyi rəsmi səfərə oktyabrın 8-də Türkiyənin qəhrəman şəhəri olan Kahramanmaraşdan başladı. Onlar öncə Kahramanmaraş Sütçü İmam Universitəsini ziyarət etdilər. Universitənin rektoru professor Mehmet Fatih Karaaslan girişdə qonaqları səmimi qarşıladı. Görüş zamanı Hamlet İsaxanlı Xəzər Universitetinin tarixi haqqında məlumat verdi. Tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim etdilər. Sonra Xəzər Universitetindən gələn qonaqlar universitənin kitabxanası, laboratoriyaları və digər elmi mərkəzləri ilə yaxından tanış oldular. Elə həmin gün Kahramanmaraş şəhərində Xəzər Universitetnin nümayəndəliyi təsis edildi. Cengiz GüclüKahramanmaraş və ora yaxın bölgə üzrə universitetin nümayəndəsi təyin edildi.
Oktyabrın 9-da Xəzər Universitetindən gələn qonaqlar Türkiyənin sənaye şəhəri olan qədim Kayseriyə gəldilər. Şəhər avtovağzalında qonaqları Erciyes Universitəsinin nümayəndələri qarşıladılar. Elə həmin gün professor Hamlet İsaxanlı, Əlövsət Əmirbəyli və professor Sevinc Üçgül Erciyes Univeritəsinin rektoru professor Fahrettin Keleştimuru iş yerində ziyarət etdilər. Səmimi keçən ziyarətdə H.İsaxanlı Xəzər Universiteti haqqında geniş məlumat verdi və universitetin xatirə plaketini rektora təqdim etdi. Həmin gün axşam Erciyes Universitəsinin rektoru Bakıdan gələn qonaqları öz evində çay süfrəsinə qonaq etdi. Süfrə ətrafında Fahrettin Keleştimur və onun xanımı Fəzilət xanım, qızı Elif xanım Azərbaycan haqqında çox maraqlı söhbətlər etdilər.
Oktyabr 10-da səhər universitənin Türkan-Tuncer Haşçalık toplantı salonunda Beynəlxalq Əlaqələr, Xarici Tələbələr Bürosu və Ədəbiyyat Fakültəsinin birgə hazırladığı “Azeri-Türk Kimliyi” adlı konfrans öz işinə başladı. Böyük salon ağzına kimi dolu idi. Tələbələrin konfransa böyük marağı hiss olunurdu. Konfransın məruzəçisi olan Hamlet İsaxanlı Azərbaycan türklərinin soykökü, mədəniyyəti, tarixi keçmişi və bu günü haqqında geniş məruzə etdi. Məruzəçi mövzu ilə əlaqədar tələbələrin çoxsaylı suallarını cavablandırdı. Sonda universitənin rektoru Fahrettin Keleştimur söz alaraq universitənin professor-müəllim heyəti və tələbələri adından qonaqlara təşəkkürünü bildirdi və universitənin fəxri plaketini təntənəli şəkildə professor Hamlet İsaxanlıya təqdim etdi. Konfransdan sonra çay süfrəsi ətrafında H.İsaxanlının universitənin müəllimləri, tələbələri və orada təhsil alan azərbaycanlı tələbələrlə görüşü oldu, xatirə şəkilləri çəkildi. Axşam Hamlet İsaxanlı universitənin Kampus televiziyasının “Asma Baxçası” proqramının qonağı oldu. Proqram Türkiyəyə canlı yayımlanırdı. Həmin gün H.İsaxanlı universitənin laboratoriyalarını, elmi mərkəzlərini, kitabxanasını gəzdi, yeni yaradılmış Gen Kök Hüceyrə Mərkəzi ilə yaxından tanış oldu. Mərkəzin müdir yardımçısı, dosent Servet Özcan qonaqlara Hüceyrə Mərkəzi haqqında geniş məlumat verdi. Sonrakı gündə qonaqlar Kayseri şəhərinin görməli yerlərini gəzdilər, Kayseri Böyükşəhər Bələdiyyəsinin Memar Sinan Texniki Muzeyi, Tarix Muzeyi və digər görməli yerləri ilə tanış oldular. Həmin gün Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Kayseri Böyük Şəhər Bələdiyyəsinin Baş katibi Mustafa Yalçını ziyarət etdi və ona universitetin fəxri plaketini təqdim etdi.
Oktyabrın 11-də professor Hamlet İsaxanlı və Əlövsət Əmirbəyli Kayseri Böyük Şəhər Bələdiyyəsinin Baş katibi Mustafa Yalçının dəvətlisi olaraq, səhər süfrəsi arxasında onunla görüşdülər. Həmin gün Hamlet İsaxanlı Kayseridən olan bir sıra ziyalılarla, həmçinin Avrasiya Yazarlar Birliyi Başkanının müşaviri İmdat Avşar və Azərbaycandan olan araşdırmaçı professor Qafar Çaxmaqlı (Mehdiyev) ilə görüşdü. Görüş zamanı bir sıra məsələlər müzakirə edildi.
Oktyabr 12-də professor Hamlet İsaxanlı Nevşehirin tarixi yerlərini gəzdi və elə həmin gün Aksaray şəhərində yerləşən Aksaray Universitəsini ziyarət etdi. Bakıdan gələn qonaqlıarı universitənin rektoru, professor Mustafa Acar qəbul etdi. Qəbul zamanı hər iki tərəfi maraqlandıran məsələlər, o cümlədən, ikitərəfli tələbə mübadiləsi, birgə konfransların təşkili və digər məsələlər müzakirə edildi. H.İsaxanlı M.Acara Xəzər Universitetinin fəxri plaketini təqdim etdi. Sonda xatirə şəkilləri çəkildi.
Bununla Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının Türkiyə Cumhuriyyətinə səfəri uğurla başa çatdı.
[:en]On October 7-12, 2012, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Director of Public Relations and Media Alovsat Amirbeyli paid an official visit to the Republic of Turkey. University administration started the official visit on October 8, from the hero city of Kahramanmaraş of Turkey. At first, they visited Kahramanmaraş Sütçü Imam University. The president of the university, Professor Mehmet Fatih Karaaslan, greeted visitors warmly. During the meeting, Hamlet Isaxanli spoke about the history of Khazar University. The parties presented souvenirs to each other. Then the guests from Khazar University got acquainted with libraries, laboratories, and other research centers of the university. On the same day, official Representation of Khazar University was founded in the city of Kahramanmaraş. Cengiz Güclü has been appointed the university representative for the city and surrounding region.
On October 9, guests from Khazar University went old Kayseri, an industrial city of Turkey. The guests were welcomed by representatives of Erciyes University at the city bus station. On the same day, Professor Hamlet Isaxanli, Alovsat Amirbeyli and Professor Sevinc Üçgül visited the president of Erciyes University Fahrettin Keleştimur. H. Isaxanli gave information about Khazar University and presented a memorial plaque to the president of university. On the same day, in the evening, the president of Erciyes University invited guests for tea in his house. Around the table Fahrettin Keleştimur, his wife Mrs. Fezilet, and his daughter Miss Elif had a very interesting conversation about Azerbaijan.

In the morning of October 10, as prepared jointly by International Relations, Bureau of Foreign Students and School of Literature of the university, the “Azeri-Turkish Identity” Conference began its work in the Türkan-Tuncer Haşçalık meeting hall of the university. The large hall was full and students expressed great interest in the conference. As a lecturer of the conference, Hamlet Isaxanli gave information about the ancestry, culture, history, past and present of Azerbaijani Turks. He answered numerous student questions related to that topic.
At the end of the conference, on behalf of the faculty and students, president of the university Keleştimur Fahrettin expressed his gratitude to the guests and solemnly presented an honorary plaque of the university to Professor Hamlet Isaxanli. Over tea after the conference, H. Isaxanli met with university instructors, students and Azerbaijani students studying there, and photos were taken. In the evening, Hamlet Isaxanli was a guest on the “Hanging Gardens” program on Campus TV of the university. The program is broadcast live in Turkey. On the same day, H. Isaxanli toured laboratories, research centers, the library of the university and the newly established Genetic Stem Cell Center. The center’s assistant director, Associate Professor Servet Özcan, gave information about the Center to the guests. The next day, the guests took a walking sightseeing tour of Kayseri, visiting Mimar Sinan Technical Museum, History Museum, and other sights of Kayseri Metropolitan Municipality. On the same day, Alovsat Amirbeyli, Director of Public Relations and Media of Khazar University, visited the General Secretary of Kayseri Metropolitan Municipality, Mustafa Yalçın, and presented him an honorary plaque of the university.

On October 11, by invitation of Secretary-General of Kayseri Metropolitan Municipality, Mustafa Yalçın, Professor Hamlet Isaxanli and Alovsat Amirbeyli had a breakfast with him. On the same day, Hamlet Isaxanli met with a number of intellectuals of Kayseri, including head counselor of Euro-Asian Writers Association, İmdat Avşar, and Azerbaijani researcher and professor Qafar Çaxmaqlı (Mehdiyev). A number of issues were discussed during the meeting.
On October 12, Professor Hamlet Isaxanli toured historical places of Nevşehir and visited Aksaray University. President of the university, Professor Mustafa Abdel, hosted the guests from Baku. Issues of interest to both parties, as well as the bilateral exchange of students, organization of joint conferences and other issues were discussed in the meeting. H. Isaxanli presented an honorary plaque of the university to M. Açar. At the end, photos were taken.
Thus, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, successfully completed his visit to the Republic of Turkey.
[:]