[:az]Sentyabrın 14-də “Dünya” məktəbində yeni dərs ilinin açılış mərasimi oldu. Mərasimdə məktəbin şagird və müəllim kollektivləri, valideynlər iştirak edirdilər. İlk dəfə məktəbə qədəm qoyan balaca birincilər zəng səsi ilə sinif otaqlarına dəvət olundular. Bu il ilk dəfə olaraq rus bölməsinin 1-ci sinfinə də şagird qəbul edildi. Artıq tələbə adını qazanan məzunlar da keçmiş məktəbli dostlarını tək qoymadılar. Tədbirdə musiqi nömrələri səsləndirildi.
Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri Nailəxanım İsayeva iştirak etdilər.
[:en]On September 14th, the opening ceremony of the new academic year was held at “Dunya” School. Students, teachers, and parents participated in the event. Children who are entering school for the first time were invited to their classrooms with the ringing of a bell. This year for the first time, 1st grade students were admitted to the Russian division. Graduates who have now entered universities also visited to see their former school friends. Musical numbers were performed in the ceremony.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Advisor on Humanitarian and Organizational Affairs Nailakhanim Isayeva participated in the opening ceremony.
[:]