[:az]Sentyabrın 17-də Xəzər Universitetində yeni dərs ilinin açılış mərasimi oldu. Mərasimdə universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri, digər tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, müəllim və tələbə kollektivini, xüsusən birinci kurs tələbələrini yeni dərs ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı, universitet haqqında geniş məlumat verdi, əldə edilən nailiyyətlərdən danışdı. Sonra Hamlet İsaxanlı və universitetin Tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor Rafiq Əhmədov və Xarici əlaqələr üzrə prorektor Fərda Əsədov qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələrə tələbə biletini təqdim etdilər. Onların arasında Xəzər Universitetinin hər il keçirdiyi olimpiadanın qalibi, maliyyə ixtisasına qəbul olunmuş Emil Süleymanlı da var idi.
Mərasimdə tələbələr adından iqtisadiyyat ixtisasına qəbul olunmuş Xəqani Qasımov və Azərbaycanın ən gənc tələbəsi, 15 yaşlı Məleykə İsmayılzadə çıxış edərək, seçdikləri Xəzər Universitetində yaxşı mütəxəssis kimi yetişmək üçün əzmlə təhsil alacaqlarını bildirdilər.
Valideynlər adından çıxış edən Vaqif Məmmədov Xəzər Universitetinin ölkəmizin qabaqcıl təhsil ocaqlarından olduğunu söylədi və tələbələri onun adına layiq təhsil uğurlarına nail olmağa çağırdı. Mərasim universitet tələbələrinin ifasında konsert proqramı ilə başa çatandan sonra tələbələr auditoriyalara dəvət olundular və yeni dərs ili başlandı.
[:en]On September 17th, the opening ceremony of the new academic year was held at Khazar University. New first-year university students and their parents, other students, the university administration and faculty participated in the event. The ceremony began with the sounding of the national anthem, and then the founder of Khazar University and the chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a presentation congratulating teachers and students, especially first-year students, with the new school year; wishing them good luck; giving detailed information about the university; and speaking about achievements. Vice President for Academic Affairs Mahammad Nuriyev, Vice President for Student Affairs and Administration Rafig Ahmadov, and Vice President for International Affairs Farda Asadov presented student cards to the students who earned high scores on their entrance exams. Among them was Emil Suleymanli, winner of the latest Olympiad which is held annually at Khazar University, who will study finance.
On behalf of the students, presentations were made by Khagani Gasimov, who was accepted to study economics, and the youngest student in Azerbaijan this year, 15-year-old Maleyka Ismayilzada. They noted that they intended to study hard at Khazar University to become good specialists.
Vagif Mammadov, who spoke on behalf of the parents, said that Khazar University is among the leading educational institutions of the country and called upon students to study in a manner worthy of its name. After the ceremony, a concert was given with performances by university students, then students were invited into their classrooms and the new school year began.
[:]