[:az]İyunun 14-də Xəzər Universitetinin “Dünya” konsert salonunda dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Sevil” operası universitet tələbələrinin ifasında ikinci dəfə tamaşaçılara təqdim olundu. İlk təqdimat 2011-ci il mayın 28 – də keçirilmişdi. Ötən müddət ərzində kollektiv gərgin yaradıcılıq işini davam etdirərək, əsərin daha mükəmməl versiyasını təqdim etməyə nail oldu. Əgər ilk premyerada tamaşada 26 nəfər iştirak edirdisə, bu tamaşada epizodik rollar və xorun hesabına onların sayı 67-yə çatmışdı.
Tamaşada universitetin rəhbərliyi, əməkdaşları və tələbələr iştirak edirdilər. Premyeraya həmçinin incəsənət xadimləri, nazirliklərin, diplomatik korpusun və özəl şirkətlərin nümayəndələri dəvət olunmuşdular.
Premyeradan əvvəl layihənin rəhbəri, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı çıxış edərək bildirdi ki, Azərbaycanın ən məşhur operetta və operalarının tələbələrin qüvvəsi ilə tamaşaya hazırlanmasını nəzərdə tutan layihənin ilk tamaşası Üzeyir Hacıbəylinin ingilis dilində səhnəyə qoyulmuş “O olmasın, bu olsun” operettası olmuşdur. O, tamaşa haqqında da məlumat verərək bildirdi ki, qadın azadlığı məsələsinə həsr olunmuş “Sevil” operası böyük dramaturq Cəfər Cabbarlının eyni adlı dram əsəri əsasında bəstələnmişdir, libretto müəllifi şair Tələt Əyyubovdur.
Sonra Fikrət Əmirovun əsrarəngiz musiqisi səsləndi və tamaşa başlandı. Zaldakılar tamaşaya böyük maraqla baxdılar və tələbə aktyorları dəfələrlə alqışladılar. Sonuncu gurultulu alqışlar isə tamaşa bitəndə oldu. H. İsaxanlı başda olmaqla bütün iştirakçılar və tamaşanı hazırlayanlar səhnəyə dəvət olunaraq alqışlarla qarşılandılar və xatirə şəkilləri çəkildi.
Tamaşanın bədii rəhbəri və konsertmeysteri Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovadır. Tamaşa Z. Sadıqovanın ümumi rəhbərliyi ilə hazırlanmış, onun fortepianoda ifası ilə müşayiət olunmuşdur. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Elman Rəfiyev, quruluşçu rəssamı Mir Rafiq Əbdülrəhimov, xormeycteri Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müəllimi Məhsəti Cabbarova və məsləhətçisi Azərbaycan Respublikasının əməkdar artisti professor Hüseyn Əliyev və işıq üzrə rejissoru Rahib Axundovdur.
Rolları ifa edirdilər: Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin məzunu Bahar Fərzullayeva – Sevil; Humanitar və sosial elmlər fakültəsinin 4-cü kurs tələbəsi Elvin Əliyev – Balaş; Xəzər Universitetinin müəllimi Çinarə Şirinova – Dilbər; İqtisadiyyat və menecment fakültəsinin 2-ci kurs tələbəsi Anna Məlikova – Gülüş; Təhsil fakültəsinin 2-ci kurs tələbəsi Elçin Feyzullayev – Atakişi, Humanitar və sosial elmlər fakültəsinin 4-cü kurs tələbəsi Mürsəl Zamanov – Babakişi; həmin fakültənin məzunu Nicat İlyasov – Əbdüləlibəy; Hüquq fakültəsinin məzunu Vüsal Arzumanlı – Məmmədəlibəy; Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova – Tafta; Murad Məlikov – Gündüz; Mühəndislik və tətbiqi elmlər fakültəsinin 3-cü kurs tələbəsi Ruslan Alekseyev – Ofisiant; Xəzər Universitetinin tələbələrindən ibarət xor kollektivi – Xalq.
“Sevil” operasının ikinci premyerasının tamaşaya hazırlanmasında böyük əmək sərf etmiş müəllim və tələbələrimizə yeni-yeni uğurlar arzulayırıq.
[:en]On June 14th, a student performance of the world-famous composer Fikret Amirov’s opera “Sevil” was presented for the second time at Khazar University’s “World” Concert Hall. The first presentation was held on May 28, 2011. During this period, the cast continued to practice intensively and perfected the work to a new level.
The cast of the first premiere included 26 people, but this time the cast included 67 people due to extra roles and the inclusion of a choir.
Administrators of the university, staff and students attended the performance. In addition, representatives of the arts, ministries, the diplomatic corps and private companies were invited to the premiere.
Before the premiere, the project manager, founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, noted that the most popular operetta and opera staged by the university for the purpose of preparation of students in English was Uzeyir Hajibeyov’s operetta “If Not This One, That One.” He also gave information about the performance and noted that Sevil is about the issue of women’s freedom, composed on the basis of great playwright Jafar Jabbarli’s drama of the same name, and the author of the libretto is poet Talat Ayyubov.
Then the mysterious music of Fikret Amirov began to play, and the performance began.
The audience watched the performance with great interest and students welcomed the actors with applause repeatedly. The last thunderous applause was at the end of the performance. H. Isaxanli, all participants and performers were invited to the stage, welcomed with applause and photographed.
The artistic director of the play and concertmaster was Head of Department of Music and Fine Art of Khazar University Zulfiyya Sadigova. The performance, developed under the general management of Z. Sadigova, was accompanied by her piano playing. The director of the play was honored artist Elman Rafiyev, the production designer was Mir Rafig Abdulrahimov, the chorus master was instructor of the Department of Music and Fine Arts of Khazar University Mehseti Jabbarova, the adviser was honored artist of the Azerbaijan Republic, Professor Huseyn Aliyev, and the lighting director was Rahib Akhundov.
Roles were performed by: graduate of the School of Economics and Management of Khazar Univrsity Bahar Farzullayeva (Sevil); 4th year student of the School of Humanities and Social Sciences, Elvin Aliyev (Balash); instructor of Khazar University Chinara Shirinova (Dilber); 2nd year student of the School of Economics and Management Anna Malikova (Gulush); 2nd year student of the School of Education Elchin Feyzullayev (Atakishi), 4th year student of the School of Humanities and Social Sciences Mursal Zamanov (Babakisi); graduate of the same school Nijat Ilyasov (Abdulalibey); graduate of the School of Law Vusal Arzumanli (Mammadalibey); instructor of Khazar University Mehseti Jabbarova (Tafta); Murad Malikov (Gunduz), 3rd year student of the School of Engineering and Applied Sciences Ruslan Alekseyev (waiter); Choir staff consisting of the students of Khazar University (Crowd). We wish further successes to our teachers and students who have spent great efforts in the preparation of the second premiere of the opera “Sevil.”
[:]