[:az]Xəzər Universiteti hər il istedadlı və bacarıqlı şagirdləri aşkara çıxarmaq və mükafatlandırmaq məqsədilə Azərbaycanın tam orta məktəblərinin XI sinif şagirdləri arasında müxtəlif bölgələrdə ənənəvi Bilik Olimpiadası keçirir. Bu il də Xəzər Universiteti növbəti – IX Olimpiadasını keçirmişdir.
Mayın 30-da universitetin “Dünya” konsert salonunda olimpiadanın yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirildi. Mərasimdə Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini, İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli geniş hesabat məruzəsi ilə çıxış etdi. Ə. Əmirbəyli görülən işlər haqqında məlumat verərək bildirdi ki, olimpiada aprelin 28-29-da Bakı, Gəncə, Şəki, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmişdir. Olimpiadanın son turunda respublika üzrə toplam 1111 nəfər (I qrup üzrə – 305 nəfər, II qrup üzrə – 403 nəfər, III qrup üzrə – 277 nəfər, IV qrup üzrə – 126 nəfər) iştirak etmişdir. Bütövlükdə Respublika Olimpiadasına ölkənin 311 tam orta məktəb və liseylərin XI sinif şagirdləri qatılmışdılar. Ə. Əmirbəyli Sumqayıt şəhərindəki Təbiət və Texniki Elmlər Liseyinin şagirdi Emil Rövşən oğlu Süleymanlı və Sumqayıt şəhərindəki 28 saylı tam orta məktəbin şagirdi Xasay Mehman oğlu Xasayzadənin olimpiadada ən yüksək nəticəyə nail olaraq 680 bal topladıqlarını, I, II və III yerləri tutanları və diploma layiq görülənləri elan etdi.
Qaliblərə Xəzər Universitetinin diplomları və qiymətli hədiyyələri təqdim edildi. Diplom və hədiyyələri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru professor Con Rayder və digər əməkdaşlar təqdim etdilər. Olimpiadada fərqlənmiş 42 məktəb, 5 rayon təhsil şöbəsi müdirlərinə, həmçinin təhsil sahəsində Xəzər Universitetinə dəstək vermiş rayonların – Nizami, Səbail, Xətai, Suraxanı, Yasamal və Binəqədi Rayon İcra Hakimiyyəti Başçılarına və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğluna Xəzər Universitetinin Fəxri Diplomları təqdim edildi. Mərasimin sonunda qonaqlar universitet tələbələrinin ifasında konsert proqramını izlədilər. Mərasimdə AzTV, İctimai TV, Azad Azərbaycan və digər televiziya kanalları çəkiliş apardılar, KİV mənsubları iştirak etdilər. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və Olimpiadada I yerə layiq görülən şagirdlər televiziyalara müsahibə verdilər.

Əlövsət Əmirbəyli, İctimai Əlaqələr və Media üzrə Direktor Qurumu
[:en]In order to discover and award talented and skilled students, Khazar University holds a traditional knowledge Olympiad among eleventh grade students of secondary schools in various regions every year. An assembly was held at the Khazar University “World” Concert Hall to announce the results and award the winners of this year’s IX Olympiad.
Deputy Chairman of the Organizing Committee for Preparation for the Olympiad, Director of Public Relations and Media Alovsat Amirbeyli, made a presentation about the overall results. He also gave information about the Olympiad and noted that it was held in Baku, Ganja, Sheki, Sumgayit, Lankaran and Mingachevir on 28-29 April.

A total of 1111 people from the republic (including 305 students studying in the first group, 403 from the second group, 277 from the third group, and 126 from the fourth group) participated in the final round of the Olympiad. Eleventh-grade students from 311 secondary schools and lyceums joined the Republic Olympiad. A. Amirbeyli announced that Rovshan Suleymanli, student of the Lyceum of Natural and Technical Sciences of Sumgait, and Khasay Khasayzade, student of secondary school № 28 of Sumgait, earned scores of 680 points and achieved the highest results of the Olympiad. He also announced the 1st, 2nd and 3rd place winners and those who were awarded with diplomas. Diplomas and gifts from Khazar University were presented to the winners.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, President of Khazar University Professor John Ryder, and other employees presented diplomas and gifts. Honorary diplomas from Khazar University were presented to 42 schools distinguished in the Olympiad, heads of 5 district departments of education, the heads of the executive authorities of the Nizami, Baku, Khatai, Surakhani, Yasamal and Binagadi regions who supported Khazar University in the field of education, and Education Advisor of the Embassy of the Republic of Turkey in Azerbaijan, Halis Koyuncuoğlu.
At the end of the ceremony, the guests watched a concert program performed by university students. AzTV, Public TV (Ictimai TV), Free Azerbaijan (Azad Azerbaycan) and
other TV channels filmed the event. Professor Hamlet Isaxanli and students awarded first place in the Olymipad gave interviews for television.

Director of Public Relations and Media Alovsat Amirbeyli
[:]