Xəzər Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2026-cı il 21- 27 oktyabr aralığında XII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı altında təşkil olunan sərgi müxtəlif ölkələrdən olan yazıçıları, nəşriyyatları, elm və mədəniyyət nümayəndələrini bir araya gətirir.
Xəzər Universiteti də builki sərgidə öz nəşrləri, kitabları və elmi materialları ilə fəal iştirak edir. Stendə gələn ziyarətçilərə universitetin nəşrləri, kitabları və elmi resursları haqqında Kitabxana-İnformasiya Mərkəzinin nümayəndələri tərəfindən ətraflı məlumat verilir. Yeri gəlmişkən qeyd edək ki,sərgi çərçivəsində Xəzər Universitetinin elmi və mədəni həyatını əks etdirən xüsusi tədbir də keçiriləcək. 2026-cı il oktyabrın 23- də saat 11:00-da Bakı Ekspo Mərkəzinin “SOCAR” təqdimat zonasında universitetin təsisçisi, Prof.Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və sənət” mövzusunda təqdimatı olacaq.






