Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda iştirak edib  

2026/10/21

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2026-cı il 16-19 oktyabr aralığında Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində Hamlet İsaxanlı Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin təşkilatçılığı ilə keçirilən “İkinci Çin Azərbaycanşünaslıq Elmi Konfransı”nda istirak edib. Konfransın açılış mərasimində Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin dekanı Malay dili üzrə professor Su Yingying, professor Hu Cenhua, Çin Tarixşünaslıq Assosiasiyasının sədr müavini Day Cienbinq və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxış ediblər.

Prof.Akad. Hamlet İsaxanlı Plenar iclasda “Azərbaycan bədii ədəbiyyatında Çin obrazları” adlı məruzəsini təqdim edib.

khazar.org