Springer Nature Singapore Pte Ltd şirkəti tərəfindən nəşr edilmiş “Suicidal Behavior in Muslim Majority Countries” (“Əksər müsəlman ölkələrində intihar davranışı”) adlı kitabda Xəzər Universitetinin müəllimi Ülkər İsayeva və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının “Suicidal Behavior in Azerbaijan” (“Azərbaycanda intihar davranışı”) adlı birgə məqaləsi (s.s. 31-44) çap olunmuşdur.

 Məqalədə psixi sağlamlıq və ümumiyyətlə intiharla bağlı stiqma, özünü qiymətləndirmə, “namus mədəniyyəti” konstruksiyaları və onların intihar riskində rolu kimi müxtəlif anlayışlar müzakirə edilir.

khazar.org