2024-cü il mayın 23-də Qazaxıstan Respublikası Milli Kitabxanasının Əlyazmaları bölməsinin müdiri Gülşad Abikova, Əl-Fərabi Universitetinin  Yazma Əsərlər və Mədəni İrs  Elmi Araşdırma Mərkəzinin müdiri Prof. Zübeydə Şadkam və həmin mərkəzin elmi işçisi Dr.Nazım Xayranbayova Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) qonağı olublar. Qonaqlar institutun fəaliyyəti ilə tanış olmuş, birgə əməkdaşlıq üçün perspektivləri müzakirə etmişlər. İnstitutun direktoru, filologiya elmləri doktoruNəzakət Məmmədli qonaqlara institutun nəşri olan “Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” adlı kitabı hədiyyə etmişdir.

 Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı ilə də görüşən qonaqlar Əl-Fərabi və Xəzər universitetlərində tədqiqat, nəşrlər barədə fikir mübadiləsi aparmış, birgə tədbirlərin təşkili ilə bağlı razılığa gəlmişlər.

Görüşün sonunda .Hamlet İsaxanlı öz əsərlərindən qonaqlara hədiyyə etmiş və xatirə şəkli çəkdirmişdir.

 

khazar.org