2024-cü il mayın 10-da Yaponiyanın Asiya İnkişaf Bank İnstitutunun rəhbəri cənab Tetsushi Sonobe və İnstitut direktorunun baş məsləhətçisi Nicolas J.A Buchoud ilə Xəzər Universitetində görüş keçirilib.
Görüşdə Prof. Akad. Hamlet İsaxanlı, rektor Dos.İradə Xəlilova, Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, İnkişaf üzrə director Raziyə İsayeva, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin elmi işlər üzrə dekan müavini Günel Bahaddinova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Arzu Bədəlova iştirak ediblər.
Görüş zamanı ilkin olaraq Arzu Bədəlova universitet haqqında ətraflı məlumat verib, sonra isə İnqilab Əhmədov universitetin iqtisadiyyat və biznes fəaliyyəti barədə danışıb.
Əsas müzakirə mövzusu isə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətində fikir mübadiləsi olub.