Əli Rza Xələfli
Azərbaycan ədəbiyyatında, xüsusilə, son iyirmi illik müstəqillik dövrü- nü əhatə edən mərhələdə sovet ideoloji qəliblərindən keçmiş söz-sənət adamlarından fərqli olaraq yeni şairlər nəsli çox böyük sürətlə arenaya çıxdı. Bu “arenaya çıxdı” ifadəsi təsadüfi deyil. Qəliblər, tələblər, bütün ideoloji basqılar götürüləndən sonra təbiətində ilham olan hər kəs sözü sözə calama- ğa, söz düzüb-qoşmağa başladı. Amma əlbəttə, bu, tarixi bir ahəng idi. Heç kimsə deyə bilməz ki, bu ahəng, bu ritm indiki qəzəblə qarşılanan axın XIX əsrdə, XVIII əsrdə olmayıb. Təbiidir ki, Azərbaycan xalqının təbiətində poe- tik harmoniya olduğuna görə bütün zamanlarda belə nəzm, bir az da kobud desək, qafiyəpərdazlıq olub. Amma o qədər çox olub ki, sonra nazimlə şairi fərqləndirmək gərək olub. Necə ki, şeirlə nəzmi ayırmağın vaxtı çatmışdı. Şəxsən mənə belə gəlir ki, poetik anlam müəllifin özünün ruhu ilə bağlıdır, nəinki onun yazdıqları ilə. Eləcə də sənətkarın bir az da qəlibləri boşaldıb daha yumşaq şəkildə desək, nazimin, yaxud da şairin yaratdıqlarına müdaxi- lə etmək lazımdır. Hansı nəzmdir, hansı şeirdir? Yeri gəlmişkən, indiki dövrü- müzdə poeziyanın, daha dəqiq desək, şeiriyyətin daha yeni mərhələsi yaran- maqdadır. Bu mərhələnin xronoloji ardıcıllığı belədir: nəzm, şeir, poeziya.
Poeziya daha çox fəlsəfi ümumiləşdirmədir. Poeziyada bənzərsizlik və təkrarsızlıq var. Poeziyanın ritmik ahəngi şeirə çatmasa da, o, ürəklərdə da- ha çox hiss və həyəcan doğurur. H.İsaxanlı da özünün səmimiyyətilə müşa- yiət olunan şeirlərində daha çox poetik ruhun daşıyıcısı kimi görünür. Onun “Ziyarət” poemasındakı əhval adi bir adamın, sıradan bir nəfərin əhvalı de- yil. Buradakı hiss və həyəcanların mahiyyətində gözəgörünməz tərəflərin görüntüləri üzərinə işıq düşür. Onu dinləyən, onu oxuyan hər kəs özündən xəbəri olmadan, özünü o yerin adamı bilir, özünü elə orada bilir. Nə vaxtsa, hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır. Elə H.İsaxanlının “xəzana alqiş” şeiri də çox qəribə bir məntiqlə yoğrulub. Müəllif bu şeiri 2004- cü ildə Malayziyada – Kuala Lumpurda yazıb. Əvvəlcə şeirin sərlövhəsi barədə. Zənnimcə, hər kəs üçün qərib bir diyara səfər görmədiyi, gəzmədiyi yerləri görməklə onun əhvalında bir bahar təravəti yaradır. Ancaq bu, ötəridir. Tezliklə hər kəs öz hisslərinin xəzanını arzulayır. Qəriblikdə yaşadığı bahar təravətinin sonunu – xəzanını. Müəllif də elə bu şeirdə ilk əvvəlcə ya- şadığı bahar sevinclərini tərənnüm edir:
Bu nə xoş diyardır – bəzəkli, zəngin, Neçə irq, neçə dil, neçə iman, din! Şairim, burda qal, gəz, dolan bir az Allah bilir, bir də gəldin, gəlmədin Gör nə xoş diyardır – bəzəkli, zəngin!
Əvvəla onu deyək ki, H.İsaxanlı ruh adamıdır. Könül quşu onu haraya çəksə, özünü oranın sakini bilər. Amma onun könül quşu da çox sədaqətlidir. Yurda sədaqətli, doğma torpağa sədaqətli, Vətənə sədaqətli. Və elə bu səbəbdən də elə həmin şeirdəcə bu yerlərdə gəzib-dolanmağın, bu yerlərdə həyatdan zövq almağın, daha çox təbiəti duymağın ahəngi ilə yaşayır. Amma tezliklə o, bu qəriblikdəki ecazkarlığın “turşməzə dadını” hiss edir:
Başqadır bu yerdə həyatın dadı,
İnsan təbiətlə birgə yaşadı.
Əzəldən gözəllik vurğunuyam mən, Amma həyat nə kef, nə tamaşadı, Xeyli turşməzədir həyatın dadı.
Sanki elə bununla da bütün mənəvi problemlər həll olunur. Ən azı ona görə ki, müəllif burada ilin fəsillərini görə bilmir. Payızı qışdan, qışı yazdan, yazı yaydan ayıra bilmir. Demək, onun mənəvi dünyasındakı rənglərlə dün- yanın bu ecazkar, qeyri-adi guşəsində gördüyü rənglər uyğun gəlmir. Elə ona görə də Vətən, yurd yada düşür. Deyilənə görə, bülbül qızıl qəfəsdə oxumurmuş, quş dili bilən Süleyman onu buraxır. Bülbül öz azadlığına ti- kanlı kol üstündə nəğmə deyir: – Ax, Vətən, ox, Vətən!
Uzaq Malayziyadakı həsrət bu misralarla bitir: Burda nə payız var, nə bahar, nə qış,
Oğulsansa, gəl bu gərdişə alış.
Burda xəzan olmur, yarpaq saralmır,
Şairim, Vətənə dönməyə çalış,
Burda nə payız var, nə bahar, nə qış.
İndi sual olunur: bəlkə, H.İsaxanlı “Ziyarət” poemasını hansısa bir ədəbi mükafatın təmənnası ilə yazır? Bəlkə, elə şairlik borcunu yerinə yetirmək qəsdilə yazır? Hər iki halda cavab düz olmayacaq. Çünki o, dünyanı gəzəndə də, dünyanı addım-addım ayaqlayanda da ecazkarlığın, təbiət gözəlli- yinin qoynunda dünyanın gəldi-gedərindən uzaq olan anlarında da yaddaş başının üstündə olub, onu yurda, Vətənə çağırıb. O yurda, o Vətənə ki, orada bir müdrik, bir qoca onu gözləyirdi, ona deyiləsi sözləri vardı. Və ondan başqa kimsəyə o qoca könlünü açmaq istəmirdi.
Ədəbiyyat
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009