Əli Rza Xələfli
Zamanlar sürətlə dəyişir. Bu dəyişmə fonunda ayrı-ayrı ölkələr, xalqlar, qitələr ən müxtəlif rənglərdə təzahür edir. Və sanki bu zaman və məkan son- suzluğunda Dədə Ozana sürətlə dəyişən küləklər heç bir əsər eləmir. Bu kü- ləklər onun uzun, ağ saqqalını üz-gözünə, boyun-boğazına səpələsə də, qo- puzu yenə qucağındadır. Dədə Ozan tarixdən gələn nəğməsini oxumaqdadır.
“Ziyarət” davam edir. Yaddaş Sahibi sanki Dədə Ozanın dilindən aldığı sözü təkrarlayır: “qismətdənmiş bu görüşmək”. Demək, bu görüş təsadüfi ola bilməzdi. Bu görüş Yaddaş Sahibinin qismətində varmış və əslində, bütün dünyanı gəzə-gəzə onun xəyalında həmişə bir fikir, bir məram onunla sədaqətlə yoldaşlıq edib, onu heç vaxt tərk etməyib. Onunla birgə yatıb, yu- xularında da onun yanında olub. Və nəhayət, axır ki, bir gün onun əlindən yapışıb bu gəzdiyi dünyanın ona doğma olan və həmişə onun yaddaşında olan bir bucağına gətirib:
Bir ağsaqqal yaxın gəldi, Nur yağırdı camalından. Üzümdən öpüb köyrəldi, Şikayət etdi halından.
Kimdir bu qoca? Onun adı, ünvanı Yaddaş Sahibinin ağrılarla çulğaş- mış olan xatirəsinin içərisindən necə görünəcək? Bu yol, bu ad, bu ünvan ən ümumi şəkildə tarixdir. Bir az ona yaxın getsək, onun üzərindəki zaman kü- ləklərinin yığdığı tozu bir kənara çəksək, əslində, mənəvi mədəniyyətimizin daşlaşmış tarixini görmüş olarıq. Biz sonuncu yüzilliyin keçmişi axtaran gö- züyük. Gözümüz bizi aldatmırsa, gördüklərimizə daha yaxından nəzər salaq;
şübhəsiz ki, son yüz ildə “Bilqamıs”ın – qədim şumer mədəniyyətinin, “Avesta”nın – antik dünyadan daha qədimlərdə qalmış olan mədəniyyətin sonrakı mərhələyə, sonrakı qədim mərhələyə – Dədə Qorquda gələn yolu ay- dınlaşdırılmaqla, əslində, bugünkü dünya düzənində, bugünkü sivilizasiyaya böyük türk etnosunun nə verdiyini öyrənmək mümkün olur. Başqa sözlə, ümumdünya mədəniyyətində türk etnosunun yerini bu yolla daha dəqiq görmək olar. Amma bayaq Yaddaş Sahibi ilə üz-üzə dayanmış qoca gileyli- dir. Sanki o, bu görüşü çoxdan gözləyirmiş. İndi onun gözləri tor görür, əl- ləri titrəyir, dizləri taqətdən düşüb. Və elə onun təəssübü də bununla bağlıdır ki, onun övladı – Yaddaş Sahibi niyə belə gec gəlib? Axı indi o, məcburdur həyatından gileylənməyə:
“Ağrın alım,
Yaman artıb ağrılarım. Ayaqlarım sözə baxmır – Yeldimi, duzdumu, nədi? Zəli tək tutub buraxmır. Yoxsa ayrı nə dərdim var?! Oğul-uşaq, gəlin, kim var. Dörd yanımda pərvanədi, Sağ olsunlar, baxan çoxdu” Nəfəs alıb o duruxdu:
Qoca həyatının tarixçəsini danışır. Bu həyatın ən önəmli tərəfi odur ki, o, Yaddaş Sahibinə təmsil elədiyi kəndin hələ yaşadığını, hələ onu qoruyan- ların, onun qayğısını çəkənlərin olduğunu çatdırır. Və yəqin ki, əgər dünya onu bir gün tamam unudacaqsa, indiki məqamda Yaddaş Sahibi gəlməyəcək- sə, onun da ömrünün qürubu çatacaq. Hər halda qoca duruxur, dərindən nəfəs alır və yenə həmin qopuzunu sinəsinə sıxmış ozanın asta-asta, bəzən züm- zümə ilə, bəzən də kədərqarışıq ovqatla səsləndirdiyi nəğmələr təkcə Yaddaş Sahibinə yox, Yaddaş Sahibinin üz tutduğu insanların hamısına çatır:
Di gəl bütün günü evdə Qaxılıb qalmaq da olmur. Ayaqlarım getməsə də, Könül həvəsdən yorulmur.
Ziyarətə gələnlə ziyarətgah arasındakı münasibət əslində, tərəflərin bü- tövləşməsinə xidmət edir. Ziyarətə gələn ona görə ziyarətə can atır ki, özündə görmək istədiklərinin bir çoxunu o, vaxtilə yaşadığı mühitdə, doğulub boya- başa çatdığı yerlərdə, başqa sözlə, bu gün ona ziyarətgah olan yurd yerlərində qoyub gəlib. Onun bu yerlərdə qoyub gəldiyi xatirələrdir. Amma xatirələr onun yaddaşında heç nədən bərpa oluna bilməz. Bu oyanış üçün vaxtilə ona doğma olan, onun özündən əvvəlki nəsilləri – babasını, atasını, nənəsini xatır- ladan insanları görməsi ilə, yenidən onlarla görüşməsi ilə mümkün ola bilər.
Belələrindən biri də “ayağında köhnə patava” olan bir qocadır. Ümu- miyyətlə, şair yurd yerlərinin təbiətini vermək üçün yeri gəldikcə unudul- maqda olan ifadələri tapıb işlədir və bununla da xarakterik cizgilərə nail olur. Bax, elə bu qocanın da ayağında patava olması, evdə qaxılıb otura bil- məməsi, qocalsa da, könlünün həvəsdən düşməməsi – bütün bunlar həyat eş- qinin tərənnümü olmaqla bərabər, həm də yurd yerinin timsalı olan qocanın dəqiq cizgiləridir. Hətta o qocanın adı çəkilmir, ancaq oxucu üçün o qoca lap yaxından yaxın olur. Misralarda bir ürək döyüntüsü, kövrək bir çırpıntı hiss olunur. Bu ürək döyüntüsü, bu çırpıntı elə, əslində, qocanın həyat eşqilə ahəngdardır. Qoca öz həyatını danışır. Danışır ki, bir az yüngülləşsin, həm də bu yüngülləşmə ona könül rahatlığı gətirir. Adama elə gəlir ki, qoca yurd yerinə ziyarətə gəlmiş, yarı yaşına çatmaqda olan eynəkli cavanın özündən gileylənəcək, yəni ona deyəcək ki, mənim də zəmanəm qurtarır, bəs bu yur- dun keşikçisi kim olacaq? Amma hər halda qocanın dərsləri daha üstündür. O, heç kimdən gileylənmir, başqasını günahkar tutmur. Amma hər halda yurd yerində qalmağın borcunu çox dəqiq, aydın çatdırır: toydan qalmaq ol- maz, nişandan qalmaq olmaz, xeyirdən-şərdən necə ayrı düşmək olar… və nəhayət, artıq qeyd elədiyimiz həmin gileyin özünəməxsus tərzdə ifadəsi yurdun övladlarına, yurddan pərvəriş tapıb dünya arenasına çıxmış adamlara şirin bir xitabla müraciət olunur. Və bu müraciətin özü də son nəticədə qo- canın özünə ünvanlanır:
Elə ki, açıldı hava,
Ürək ki, birdən döyündü, Ayaqda köhnə patava, Gəzib dolaşıram az-az; Toydu, nişandı, düyündü
Xeyir-şərdən ayrı düşmək Ay oğul, mənə yaraşmaz.
Tərəflərin qarşılaşması nə qədər kövrək, duyğulu, hətta bir çox hallarda baxışların danışması ilə əvəzlənsə də, ixtilaf yoxdur, ziddiyyət yoxdur, tərəf- lər bir-birinə doğru can atır. Sanki qoca özünün gələcək həyatını bu yurdun oğlu olub, indi dünyaya səs salmış Yaddaş Sahibinin taleyində görür. Məh- rəmliyi də yaradan, doğmalığı da qoruyan elə bu hissdir. Əslində, Yaddaş Sahibi də məmnundur. Qocanın gözlərində parlayan həyat eşqinə baxıb dün- yanın ziddiyyətləri arasından gələcək həyatının doğru yolunu görür. Bu yol onu taleyin ən ağır çarpışmalarından keçirər, onu son ana, son mənzilə alnı- açıq, üzü ağ aparar. Ziyarətin dəyəri bundadır. İnsan itirdiklərini qaytarma- sa, tapmasa zərrələrə bölünər, ümuminin içində itər. Cəmiyyətin dərdi, ağrısı o qədər artar ki, onun daxili nizamı da pozular. Amma hər halda Yaddaş Sahibi nikbindir. Bəlkə də, nə vaxtsa ümidini itirmişdi yurda qayıdış üçün. Elə onun öz təbirilə desək, ziyarət üçün. Amma bu ziyarət mümkün olub, elə o bədbinliyin, ümidsizliyin nəticəsi olaraq Yaddaş Sahibi buna “qismətdənmiş bu görüşmək”, – deyir.
H.İsaxanlı dilin koloritini saxlamağın, dilin daxili enerjisindən istifadə edə bilməyin yolunu canlı dilin imkanlarında görür. Ən böyük bəladan, xatadan, qəzadan xilas olanda insanlar deyirlər ki: “Allah üzümə baxdı”.
Müəllif görüşün, ziyarətin qədir-qiymətini, onun nə demək olduğunu yaxşı bilir. Bəlkə də, illərlə can atıb ki, bu ziyarəti həyat yoluna çevirsin. Ömrünün bir parası olsun bu ziyarət. Amma uzun illər gələ bilməyib. Və nə- hayət, bu ziyarətin baş tutması üçün növ-növ çətinliklərdən keçib, iradəsinin və inadının hesabına maneələri dəf edib. Qəribədir ki, bu halı eynilə qocanın özü də keçirir. Və Yaddaş Sahibinə dedikləri də elə əslində, Yaddaş Sahibi- nin qəlbindən keçən duyğulardır. Sən demə, elə qocanın da dərdinin çarəsi bu görüşməkmiş. Yoxsa o, dunyadan gözü yolda, əli uzalı gedərmiş:
Qismətdənmiş bu görüşmək, Allahım üzümə baxdı. Sürünsəm də durub gəldim, Dünya fani, ölüm haqdı, Görüşdük, bir az düzəldim.
Qoca indi özünü arzusuna çatmış kimi hiss edir. Daha onun heç bir dər- di yoxdur. Buradaca qocanın adını, ünvanını bir kənara qoyub bu deyilənləri eynilə yurdun dilindən eşitdiyimizi təsəvvür edək: burada yurdun nə qədər canlı, ruhlu bir varlıq olduğunu təsəvvür etməmək mümkün deyil. Amma hər halda qoca özünü müvəqqəti, yurdu əbədi hesab edir. Könülləri dağla- yan bir sözlə üzünün o yana olduğunu dilə gətirməklə, görüşün kədərli ov- qatından yaranan həyəcanları bir az da artırır. Artıq dəfələrlə qeyd eləsək də, təkrar-təkrar hər sözümüzün başında Borçalı taleyini xatırlamasaq, Borçalı taleyinin kədərini, ağrısını dilimizə gətirməsək, bir gün Vətənin qıraqda qa- lan yerləri kimi, Borçalıya da əlimiz çatmaz. Qocanın dediklərini yurdun üzərinə köçürsək və yurdun dedikləri kimi qəbul eləsək, onda Borçalının başının üzərindəki qara buludları da aydın təsəvvür etmək olar.
Qoca sanki vida sözlərini deyir:
Yenə min şükür bu günə… Amma üzüm o yanadı.
Sən gələn dəfə gələnə
Eh, kim ölə, ya kim qala?! Bu da belə zəmanədi,
Sən yaşa, sən var ol, bala.
Burada bir məqamı da unutmaq olmaz. Müəllifin insan dərdlərinin, ağ- rılarının dərinliyinə varmaq gücünü. Əsərdə Yaddaş Sahibinin dil tökməsi- nə, qocanın xətrini çox istəməsini dilə gətirməsinə ehtiyac duyulmur. İnsani münasibət, qoca ilə ehtiramla görüşmək, qocanı dinləmək, onun hansı hiss- lərlə yaşamağını duymaq Yaddaş Sahibinin baxışlarından da görünür. Şəffaf eynəyin altından baxan gözləri dolur, bu gözlər qocaya deyir ki, dərdlərimizi bölməmişik, ağrılarımızı ayırmamışıq, qocanı da, cavanı da və demək, yur- du da göynədən elə bircə dərddir. Hamımızın sinəsində göynəyə çevrilmiş dərd. Bu dərdi yurd da, qoca da, Yaddaş Sahibi də eyni biçimdə köynək ki- mi geyib – göynəyin rəngində olan köynək. Bu dilləşmənin, bu bir-birini asan başa düşmənin, bu üçbucağın arasında yaranan birliyin bircə adı var: insanilik. İnsanilik körpüsünün özülləri qırılmayıbsa, bir-birindən ayrı dü- şənləri vaxt yadlaşdıra bilməz.
Həyatın davamlılığına inam, yaşarılığa inam, haqqın qudrətinə inam, qocanın son sözlərində çox kədərli simfoniyanın nikbin ovqatlı son akkordu kimi səslənir: “Sən yaşa, sən var ol, bala!” Təkcə elə bu sözlər qocanın mə- nən nə qədər zəngin olduğunu, yurdun nə qədər əzəmətli olduğunu təsdiq edir. Qoca onu ziyarətə gəlmiş Yaddaş Sahibindən maddi yardım istəmir. Yaxşı başa düşür ki, onun ağrısı, acısı üçün həb yox, dərmanlar yox, elə bu insani münasibət bəs edəcək bir çarədir.
* * *
H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir
şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, bir bayatı ovqatıdır. Sanki onun şeirlərində bayatı ritmi, bayatı ahəngi, eləcə də bayatı ovqatı bütün qabarıqlığı ilə görünür. Söhbət, əlbəttə, bayatı formasından getmir. Onsuz da H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. Bu ritm, bu ahəng onun mənəvi aləmindədir. Müəllifin üstünlüyü kimi bunu mütləq qeyd etməliyik ki, o, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. Sanki onun başlıca bir prinsipi var – səmimiyyəti qorumaq. Onun daxili aləmində səslənən simfoniya ağır- ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu fəryad şəklində, sarsıntıların ifadə olunduğu kədər şəklin- də görünür. Bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində. “Ziyarət” kitabında toplanan şeirlər də elə bu ov- qatla yazılıb. Zənnimcə, “Ziyarət”i daha yaxından dərk etmək, daha dərin- dən anlamaq üçün onun bayatı ovqatı gətirən – bir daha qeyd edilməlidir ki, söhbət formadan getmir – şeirlərinə də nəzər salmaq, bu şeirlərin ruhu ilə “Ziyarət”in ruhunu tutuşdurmaq, yaxınlığın, doğmalığın mahiyyətini anla- maq üçün bəs eləyərdi. Məşhur bir mahnı var: “Anama deyin…” ayrı-ayrı bölgələrin el-ağız ədəbiyyatında da “gedin, deyin anama” şəklində işlədilir. Müəllif anasına ismarıc elədiyi mahnısını belə oxuyur:
Gedin, deyin anama, Daha çıxmasın dama, Göy dağlara qar yağıb.
Gedin, deyin anama, Hələ yetmədim kama, Amma saçım ağarıb.
Gedin, deyin anama, Daha toyda oynama. Qırılıbdır qanadım,
Güllə dəyib sonama.
Nə qədər gözəldir, nə qədər ritmikdir, nə qədər kədərli bir mahnıdır! Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-ba- yatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bun- dan o yanası yoxdur. Budur dildən istifadənin məharəti, budur xalqın ruhun- dan gələn duyğuların mənimsənilməsi, budur insanlığın dərdini, kədərini sevməyin əsl mahiyyəti!
Yeri gəlmişkən, sözün, fikrin sadə cümlələr şəklində insanın varlığında- kı ritmi özündə ehtiva edərək üzə çıxması ilə bağlı mütəxəssis qənaətinə söykənək. Filologiya elmləri doktoru Sevil Mehdiyevanın fikirləri bu cəhət – dən çox maraqlıdır:
“Danışıq dilinin (nitqinin), ümumən ümumxalq danışıq dilinin sin- taktik xüsusiyyətlərindən biri də danışıq aktı, nitq prosesində yığcam- lıq, tezlik xatirinə sadə cümlə tiplərindən geniş dairədə istifadə edil- məsidir. Bu hal Azərbaycan şifahi poeziya nümunələrində – bayatı- larda, ağılarda, əmək nəğmələrində xüsusilə genişdir. Məlumdur ki, şi- fahi xalq poeziyasının bu janrları özünəməxsus xüsusi ritm, ahəng, intonasiya, vurğu tələb edir. Bayatıların, ümumən xalq şeiri janrlarının məzmununa müvafiq olaraq bəzən emosionallıqdan uzaq, adi informa- siya məzmunlu nəqli cümlələrdən (əlbəttə, bunlar azdır), bəzən eksp- ressiv-emosional intonasiya ifadə edən nida cümləsindən və onun nida-əmr, nida-sual, ritorik intonasiyaya malik, sadə cümlə tiplərindən istifadə olunur. Bayatılarda xalqın içindən gələn emosional halətlər, daxili iztirab, sarsıntı kimi psixoloji anları ifadə edən nida cümlələr, xüsusilə geniş yayılmışdır. Bu, sadə cümlənin bu növünün şifahi danışıq dili üçün səciyyəvi olması və nitqin emosional çalarlarını geniş mənada ifadə etmək keyfiyyətilə əlaqədardır”.
Sanki H.İsaxanlının yaradıcılığı haqqında deyilib. Məxsusi elə nümunə üçün seçdiyimiz “Gedin, deyin anama” şeiri üçün deyilib. Bir daha qeyd et- məyə dəyərdi ki, bu misraları yazmayan müəllif heç ziyarətə də gedə bil- məzdi.
Ümumiyyətlə, Şərq ədəbiyyatı üçün doğma olan obrazlar – pərvanə, şam həsrətdən incəlmək, kədərdən üzülmək… H.İsaxanlıya da yad deyil. Amma o, necə qəribə tərzdə bu obrazların yerini dəyişdirir. Anasına xəbər göndərir ki, bu ayrılıq onu şam kimi incəldib. Axı şamda da bir zəriflik, in- cəlik var. Amma bu şam həm də ona görə özünə qədərki şamlardan fərqlidir ki, onun pərvanəsi yoxdur.
Gedin, deyin anama,
İncəlib döndüm şama. Ətrafımda dolanan
Pərvanəm yoxdur amma.
Şair tənhalığı, şair təkliyi özünün ağrı-acıları ilə baş-başa qalmaq, bir sözlə, öz dərdini özü çəkmək taleyi yaşayan lirik qəhrəman göründüyü kimi, heç qəhrəmanlıq iddiasında deyil. Deyəsən o, heç böyüklük davası da elə- mir. Uşaqlıq səmimiyyəti ilə danışır. Bir körpə balanın qərəzsizliyi, dünyaya sevgi hisslərinin intəhasızlığı, insanlara məhəbbəti də duyulur. Amma bütün bunlarla bahəm, onun dərdinə, onun ağrısına həyan olacaq bircə anası var. Bu ananın gözü yollardadır. Yenə də ana obrazı ilə yurd obrazının qovuşma- sı motivi üzə çıxır:
Gedin, deyin anama,
Uzaqda ki, balan var.
Onu çox da qınama –
Uzaqdadır gələmmir,
Son vaxtlar kefi yoxdur.
H.İsaxanlı elə indi Azərbaycanda dəbdə olan gurultulu Vətən pafosu da- şıyan, yurd təntənəsini tərənnüm edən odlu-alovlu şeirlər yazmaq fikrində deyil. Çünki o, yaxşı bilir ki, Vətənin, yurdun bu cür gurultulu tərənnümlərə etiyacı yoxdur. Yurdun, Vətənin dilində danışmaq ehtiyacı var. Bir şair in- tuisiyası ilə elə bunu duyduğuna görə gələ bilməməyin, anaya əlinin çatma- mağının ağrısını yazmaq hər bir insanın içərisində olan nisgilin, bu nisgillə qövr eləyən yaranın qaysağını qoparmaqdır. “Uzaqdadır, gələmmir” sözün- də, fikrində, cümləsində hər şey var. Yer də var, göy də var, cənnət də var, cəhənnəm də var, insanı sevindirə biləcək hər şeyin bu həsrətin içində oldu- ğunu görməmək mümkün deyil. Onun həyatı bütün əlvanlığı ilə elə həmin uzaqda olmağın, gələ bilməməyin rənglərində üzə çıxır. Sonuncu misralara diqqət edək:
Yorulub qəm-kədərdən, Heç ürəkdən güləmmir; Ölmək istəyir hərdən,
Amma hələ öləmmir…
Poetik cazibədarlığın, insan həsrətinin dəhşətli əzab və iztirablara çev- rilməsinin son həddi, son anı görünür. Ölmək istəyəsən, ölə bilməyəsən ça- larında. Bəlkə də, insanı qorumağa, insanı yaşatmağa, həyata sevgi hissləri təlqin etməyə çalışmaq üçün insanın dərdlərinə çarə üçün bundan o yana sözə lüzum yoxdur.
Doğrudan da, adam hərdən ölmək istəyir.
Ədəbiyyat:
Sevil Mehdiyeva.”Bayatıdan dastana”. Bakı, 2010, s. 41.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009