2023-cü il dekabrın 7-8-də Türkiyənin Erciyes Universitetinin professoru Dr. Mustafa Soylak Xəzər Universitetində ikigünlük səfərdə olmuşdur.

Səfərin ilk günündə Dr. Mustafa Soylak universitetin müəllim və professor heyəti, doktorant tələbələri və dəvət olunmuş qonaqlar üçün “Ətraf mühit nümunələrində üzvi və qeyri-üzvi növlərin əsər-miqdarda analiz edilməsində yeni trendlər” (“New Trends in Determination of Trace Organic and Inorganic Species in Environmental Samples”) adlı seminar keçirdi.

Səfərin ikinci günündə isə Kimya mühəndisliyi, Neft mühəndisliyi, Kimya və Kimya-biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr ilə görüşü baş tutdu. Görüşdə professorun akademik və professional fəaliyyətindən, nailiyyətlərindən danışıldı və Dr. Mustafa Soylak tələbələrə öz məsləhətlərini verdi. Görüş diskussiya formatında keçdi və tələbələrin sual-cavab sessiyası ilə başa çatdı.

İkigünlük tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, Təbiət elmləri və mühəndislik fakültəsinin professor və müəllim heyəti, doktorant tələbələr, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Tibb Universiteti və AMEA Fizika İnstitutundan qonaqlar iştirak etmişlər.

khazar.org