“HEYRAN XANIM DÜNBÜLİ”
Seriyanın (redaktoru Hamlet İsaxanlı) ”Heyran Xanım Dünbüli” adlı 7-ci kitabı Xəzər Universitetinin Nəşriyyatında çapdan çıxmışdır. Müəllifi Təhminə Əsgərovadır. Kitabda Azərbaycanın qadın şairləri arasında seçilən, Füzuli poeziya məktəbinin nümayəndəsi, əsasən 19-cu əsrdə yazıb yaratmış Heyran xanımdan və onun mənsub olduğu Kəngərli nəslinin tanınmış qadınlarından bəhs edilir.
Oxuculara Heyran xanımın doğulduğu yer və ailəsi, Naxçıvandan Təbrizə köçməsi, şəxsi həyatına işıq salan “Divan”ı, əsərlərinin tədqiqi tarixi, Kəngərli nəslinin məşhur qadınları – Qönçəbəyim, Zərrintac xanım, Xanbikə xanım, Xurşid Qacar haqqında geniş məlumat verilir.
Heyran xanımın şeirlərindən seçmələr də kitabda yer almışdır. Kitab zəngin və nəfis tərtibata malikdir. Heyran xanımın xalq rəssamları Oqtay Sadıqzadə, Davud Kazımov (üz qabığında), Qəyyur Yunus tərəfindən çəkilmiş portretləri oxuculara təqdim olunur. Kitabın sonunda kiçik lüğət də verilmişdir.