2023-cü il oktyabrın 31-də Xəzər Universitetində Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirildi.
Görüşdə səfirliyin təhsil müşaviri Yurdagül Aydoğan, müşavirliyin əməkdaşı Ali Aköz, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, universitetin rektoru İradə Xəlilova, Tədris işləri üzrə prorektor Prof. Məhəmməd Nuriyev, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, Tarix və arexologiya departamentinin müdiri Telman Nüsrətoğlu, Sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müavini Məhəmməd Eldarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva iştirak etmişdir.
Görüş zamanı Fatimə Vəliyeva Xəzər Universiteti və fəaliyyəti barədə təqdimat nümayiş etdirmişdir. Müzakirə mövzusu qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi olmuşdur. Nailəxanım Mədəniyyət Mərkəzində səfirliyin əməkdaşlarına görkəmli pedaqoq Nailəxanım İsayeva və mərkəzin fəaliyyəti haqqında məlumat verilmişdir.
Sonda tərəflər hədiyyə təqdim etmişlər.