Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “Electronic Journal of Differential Equations” jurnalında
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “Impulsive regular q-Dirac systems” (“İmpulsiv requlyar q-Dirak sistemləri”) adlı birgə məqaləsi “Electronic Journal of Differential Equations” jurnalında (2023, Cild 2023, № 74) dərc edilmişdur. Qeyd edək ki, “Electronic Journal of Differential Equations” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Məqalədə impulsiv şərtləri olan requlyar q-Dirak sistemi tədqiq edilir. Baxılan sistemin həllinin mövcudluğu, müvafiq operatorun simmetrikliyi, məxsusi qiymətləri və məxsusi funksiyaları araşdırılır. Bundan başqa, sistemin Qrin funksiyası qurulur və onun əsas xassələri incələnir.
Məqaləyə keçid: https://ejde.math.txstate.edu/Volumes/2023/74/allahverdiev.pdf
https://ejde.math.txstate.edu/