Riyaziyyat departamentinin professorlarının birgə məqaləsi “Turkish Journal of Mathematics” jurnalında
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “Existence results for impulsive dynamic singular nonlinear Sturm-Liouville equations on infinite interval” (“Sonsuz intervalda verilimiş impulsiv dinamik sinqulyar qeyri-xətti Şturm-Liuvill tənlikləri üçün mövcudluq məsələləri”) adlı birgə məqaləsi “Turkish Journal of Mathematics” jurnalında (2023, Cild 47, № 6) dərc edilmişdur. Qeyd edək ki, “Turkish Journal of Mathematics” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Məqalədə sonsuz intervalda baxılan impulsiv dinamik sinqulyar qeyri-xətti Şturm-Liuvill məsələsi tədqiq edilmişdir. Veylin limit-dairəsi halında tədqiq edilən məsələnin həllinin mövcudluğu və yeganəliyi teoremləri isbat edilmişdir.
Məqaləyə keçid:
https://aj.tubitak.gov.tr/math/issues/mat-23-47-6/mat-47-6-10-2306-14.pdf
https://online-journals.tubitak.gov.tr/math/index.htm;jsessionid=D74437C580D44263345FFB88BBA69422