2023-cü il aprelin 27-də Xəzər Universitetinin Mərkəz Kampusunda tarixçi və ədəbiyyatşünas alim və mütəxəssislərin, politoloqların iştirakı ilə ənənəvi “Elm və Sənət Məclisinin “Nəriman Nərimanov: siyasət və şəxsiyyət” mövzusunda 77-ci məşğələsi keçirildi.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanl mövzuya giriş nitqi ilə çıxış edərək, sözü məruzəçiyə – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, professor Firdovsiyyə Əhmədovaya verdi.
Tanınmış tarixçi alimin geniş və əhatəli məruzəsindən sonra sual-cavab sessiyası və müzakirələrdə Şahin Fazil (AMEA Tarix İnstitutu), Solmaz Tohidi, Fərda Əsədov (AMEA Şərqşünaslıq İnstitutu), İradə Musayeva (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi), Orxan Vəliyev (Xəzər Universiteti) və digərləri çıxış edərək, fikirlərini bildirdilər.
Sonda H. İsaxanlı dərin məzmunlu məruzəyə görə professor Firdovsiyyə Əhmədovaya və maraqlı müzakirəyə görə iştirakçılara təşəkkürünü bildirdi.