2022-ci il avqustun 8-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının dəvəti ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş AMEA-nın biologiya sahəsi üzrə elmi tədqiqat institutlarının rəhbərləri ilə görüş keçirildi. Görüş “Xəzər İnci” otelinin konfrans zalında baş tutmuşdur.
Görüşdə professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı dosent Səidə Şərifova, dekan müavini dosent Məhəmməd Eldarov, Həyat elmləri departamentinin müdiri dosent Səltənət Ağayeva, departamentin dosenti Cavid Ocaği və koordinatoru Ayaz Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Zeynal Əkpərov, icraçı direktoru dosent Mehrac Abbasov və b.ü.f.d. Səbinə Mehdiyeva, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Pənah Muradov, Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri dosent Könül Baxşəliyeva, Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən dosent Ələddin Eyvazov, Biofizika İnstitutunun icraçı direktoru professor Kərim Qasımov, Zoologiya institutunun dosenti Təvəkkül İskəndərov, dosent Barat Əhmədov, Fiziologiya institutunun immunologiya və transplantologiya laboratoriyasının b.ü.f.d. Xatirə Səfixanova, Ekotoksikologiya laboratoriyasının b.ü.f.d. Aliya Qaysina, Mərkəzi Nəbatat Bağının İcraçı direktoru dosent Həsən Babayev, elmi katibi dosent Nilufər Hüseynova, böyük elmi işçisi dosent Ofelya Qafarova və boyük elmi işçisi dosent Günay Məmmədova iştirak edirdilər.
Qeyd edək ki, Xəzər Universitetinin AMEA-nın bir sıra institutları ilə qarşılıqlı rəsmi əməkdaşlıq memorandumu vardır və bu əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində bir sıra əhəmiyyətli işlər görülməkdədir.
Görüşdə qarşılıqlı əlaqənin, birgə elmi fəaliyyətin möhkəmləndirilməsi, elmi kadrların hazırlanması, beynəlxalq layihələrin icrası, tədqiqat qruplarının yaradılması, müştərək beynəlxalq məqalələrin yazılması, beynəlxalq konfranslar, seminarlar və təlimlərin keçirilməsi, həmçinin digər aktual məsələlər geniş müzakirə olundu.