“Şamaxı” klubu yeni loqosunda yaranma tarixini dəyişib. 2022-ci il avqustun 4-də keçirilmiş təqdimat tədbirində bu barədə “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub məlumat verib.
O, klubun loqosunda 1997-ci ildə yaradılmış “Xəzər Universiteti” komandasının təsis ilini götürdüklərini açıqlayıb: “Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il “Xəzər Universiteti”nin yaranması ilə bağlıdır. Biz kökümüzü “Xəzər Universiteti”nin yaranmasından götürürük”.
Tədbirə dəvət olunmuş sabiq “Xəzər Universiteti” komandasının təsisçisi və prezidenti Hamlet İsaxanlı bölgə komandasına xeyir-dua verib.
Oxu.az və digər saytlar bu barədə xəbər yayımlamışlar.
https://oxu.az/sport/629637