Azedu təhsil portalı hazırda təhsil ictimaiyyətində müzakirə olunan bu məsələ ilə bağlı 2022-ci il aprelin 5-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının fikrini öyrənmək istəyib.

H.İsaxanlı sorğunu cavablandırıb: “Yəqin ki, bəzi ixtisasların adları, mənası köhnəlib. Yeni çox sayda ixtisaslar var. Səhv etmirəmsə, Təhsil Nazirliyi dünyada aktual olan, tələbatın çox olduğu, ancaq bizdə olmayan ixtisaslarla bağlı müəyyən işlərin görülməsi istiqamətində məsələ qaldırmışdı. Bu da təbii bir prosesdir. Yəqin hər sahə üzrə mütəxəssislər bu mövzu ilə bağlı öz təkliflərini verəcəklər”.

https://azedu.az/az/news/54301-kohneden-qalan-lazimsiz-ixtisaslar-universitetlerden-yigisdirilmalidir-rektora-destek 

khazar.org