Kitab usta pedaqoq, mahir təhsil təşkilatçısı, istedadlı musiqiçi Nailə xanım İsayevanın müasirlərinə məlum olan parlaq surətini, əvəzsiz xidmətlərini gələcək nəsillərə ötürmək, onun əziz xatirəsini əbədiləşdirmək üçün Xəzər universiteti Direktorlar və Qəyyumlar Şurasının müəyyənləşdirdiyi tədbirlər silsiləsinə uyğun hazırlanmışdır. Bu barədəki qərar da kitabın ilk səhifələrində verilmişdir.

Professor, akademik Hamlet İsaxanlının irihəcmli “Son görüş olmayaydı” xatirə-povesti ilə başlanan kitaba Nailə xanım İsayeva haqqında Xəzər Universitetinin, Bakı və Sumqayıt “Dünya” məktəbləri əməkdaşlarının, məzunları və şagirdlərinin, dost və qohumlarının, Azərbaycandan və xarici ölkələrdən bir sıra tanınmış təhsil, elm və sənət xadimlərinin, iş adamları və diplomatların xatirələri daxil edilmişdir. Xatirələr maraqlı fotoşəkillərlə müşayiət olunur.

Kitabın tərtibçisi və redaktoru İsaxan İsaxanlı, korrektoru Dilbər Zeynalovadır. Kompüter işi Zakir N. Yusifoğlu tərəfindən yerinə yetirilmişdir. Kitab Xəzər Universitetinin Nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.

khazar.org