2022-ci il martın 31-də Direktorlar və Qəyyumlar Şurasının görüş otağında Kazan Universiteti və Xəzər Universiteti arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair müqavilə imzalanmışdır. Tədbirdə Kazan Universitetinin tədris işləri üzrə prorektoru Dr. Timirxan Alışev və əməkdaşları, Xəzər Universitetinin rəhbərlik əməkdaşları – Təsisçi Prof. H.İsaxanlı, rektor dos., İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, fakültə dekanları və departament müdirləri iştirak etmişlər.
Görüşün ikinci hissəsində keçirilən seminarda Kazan Universiteti əməkdaşlarına Xəzər Universiteti haqqında ətraflı məlumat verilmişdir. Daha sonra qonaqların şərəfinə ziyafət təşkil olunmuşdur.