2022-ci il martın 18-də Direktorlar və Qəyyumlar Şurasının görüş otağında Şanxay Universiteti və Xəzər Universiteti arasında ikitərəfli müqavilə imzalanmışdır. Tədbirdə Şanxay Universitetinin azərbaycanlı nümayəndəsi Aqşin Əliyev və Xəzər Universitetinin təsisçisi, Direktprlar və Qəyyumlar Şurasının sədri professor, akademik  Hamlet  İsaxanlı, rektor dosent İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, fakültə dekanları və departament müdirləri iştirak etmişlər.

Görüşün ikinci hissəsi Xəzər Universitetinin 31 illik yubileyinə həsr olunmuşdur.

khazar.org