2020-ci il dekabrın 2-də azerinfo.az saytı təbiət və riyaziyyat fənləri üzrə dərsliklərin Sinqapur modelli olaraq hazırlamasına aid dərc etdiyi məqalədə Təhsil Nazirliyi tərəfindən artıq bu sahədə ilk addımların atıldığını nəzərə çatdıraraq, Azərbaycanın təhsil və elm ictimaiyyətinin bəzi tanınmış nümayəndələrinin bu barədə fikirlərini öyrənmək üçün onlara sorğu ilə müraciət etmişdir.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı sorğunu cavablandırmışdır.

Məqalədə qeyd olunur ki, professor Hamlet İsaxanlının fikrincə, Təhsil İnstitutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə bərabər, şagirdlərimizin də PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq: “Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korelasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur”.

Məqalənin tam mətni aşağıdakı linkdə:

https://azerinfo.az/sosial/69255-yeni-derslikler-sinqapur-modelli-olacaq.html 

khazar.org