2020-ci il noyabrın 11-də azedu.az saytı bir neçə ali məktəb rəhbərinə müraciət edərək, işğaldan azad olunmuş Şuşada hansı işlər görmək arzusunda olduqları ilə maraqlanıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da sorğunu cavablandırıb: “Düşünürəm ki, hər kəs öz sahəsi üzrə Qarabağda, xüsusilə Şuşada mütləq bir iş görməlidir. Bizim işimiz də elm və təhsilin təşkili ilə bağlıdır. Biz böyük məmnuniyyətlə orada müəyyən işlər görməyi planlaşdırırıq. Təbii ki, əvvəlcə yollar açılsın, ümumi bərpa işləri görülsün. Daha sonra biz inşallah mütləq o ərazilərdə müyyən işlər həyata keçirəcəyik.”
https://azedu.az/az/news/36789-universitetlerimiz-susada-oz-filiallarini-acmaq-isteyirler-rektorlardan-aciqlama