2020-ci il noyabrın 6-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İctimai Televiziyanın canlı “Sabahın xeyir, Azərbaycan!” proqramının qonağı olmuşdur.

Professor H. İsaxanlı verilişdə cəmiyyətin inkişafında elmin rolundan, eyni zamanda elmin, sənayeləşmənin hərəkətverici qüvvəsindən bəhs etmiş, həmçinin, buxar maşını, elektrik və elektronikanın inkişafı nəticəsində dünyanın kəskin şəkildə dəyişdiyini də vurğulamışdır. Bundan əlavə, professor elm, iqtisadiyyat, təhsil və mədəniyyət arasındakı münasibətlər barədə danışmış, Azərbaycanın beynəlxalq aləmdə tanınma dinamikasına və bu işdə elm və təhsilin roluna da toxunmuşdur.

Aşağıdakı linkə keçid etməklə professor H. İsaxanlının çıxışını izləmək olar:

https://www.facebook.com/watch/?v=2964417783660635

khazar.org