2019-cu il oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı oldu. Sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdı. Sərgidə Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsində qorunan, 1713-cü ildən başlayaraq, XIX əsrin ortalarına qədərki bir dövrü əhatə edən Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur.
Sərginin açılışında iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ARB televiziyasına sərgi barəsində təəssüratları ilə bağlı müsahibə vermişdir.
Sərgi oktyabrın 13-dək davam edəcəkdir. Daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:
http://www.mct.gov.az/az/umumi-xeberler/10827