[:az]2018-ci il mayın 21-də Xəzər Universitetinin Riyaziyyat departamentinin təşkilatçılığı, Beynəlxalq Təşkilat Komitəsinin rəhbərliyi ilə universitetin Mərmər salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının (İsayev) 70 illik yubileyinə həsr olunmuş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” (RFOFS) mövzusunda beynəlxalq konfrans işə başladı. Konfransın məqsədi riyazi fizika sahəsində yeni nəticələri və tədqiqat istiqamətlərini müzakirə etməkdir.

Konfransda Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Almaniya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, ABŞ, İtaliya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçdən olan riyazi fizika sahəsində 70-ə yaxın görkəmli alim, aparıcı mütəxəssis və gənc tədqiqatçılar iştirak edirlər.

Konfrans aşağıdakı mövzuları əhatə edir: Ümumi operatorlar və spektral nəzəriyyə; Riyazi fizikanın xüsusi törəməli tənliklərinin analizi; Diferensial operatorların spektral nəzəriyyəsi; Riyazi fizikanın məsələlərində bazislər, freimlər və aproksimantlar; Klassik və kvant inteqrallanan modellər; Sim və kvant sahə nəzəriyyəsi; Xüsusi funksiyalar; Səpilmə nəzəriyyəsi; Tərs məsələlər.

Konfransı giriş sözü ilə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs açaraq, iştirakçıları salamladı, tədbirin beynəlxalq əhəmiyyətindən danışdı və konfrans iştirakçıları adından professor Hamlet İsaxanlını 70 illik yubileyi münasibətilə təbrik etdi.

Professor Hamlet İsaxanlı geniş çıxışında riyazi fizika sahəsində dünyada əldə olunan yeni nəticələrin və tədqiqat istiqamətlərinin müzakirə edilməsini, sahənin aparıcı mütəxəssislərinin Bakıda, Xəzər Universitetində bir araya gəlməsini əlamətdar hadisə adlandırdı və buna görə iştirakçılara təşəkkürünü bidirdi, konfransa uğurlu iş arzuladı.

Sonra konfransın proqramına uyğun olaraq məruzələrin dinlənilməsinə başlanıldı.

Konfrans 4 gün ərzində 4 bölmədə işini davam etdirəcək.

Konfransın bağlanış mərasimi mayın 24-də keçiriləcək.

http://www.khazar.org/az/news/article/3195

[:en]On May 21, 2018, the international conference “Operators, Functions, and Systems of Mathematical Physics Conference” (OFSMPC), dedicated to Professor Hamlet Isakhanli’s, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, 70th anniversary, has started in the Marble Hall of Khazar University on the organisational support of the Department of Mathematics of Khazar University and under the leadership of the International Organizing Committee. The main aim of the conference is to discuss recent developments and progress in Mathematical Physics.

Khazar University leadership and associates, about 70 outstanding scientists in Mathematical Physics, leading experts and young researchers from Azerbaijan, Turkey, Iran, Russia, Georgia, Ukraine, Kazakhstan, Germany, France, Spain, the Kingdom of Saudi Arabia, Austria, the USA, Italy, England, the UAE and Sweden are participating in the conference.

The conference covers the following subjects: General operators and spectral theory; Analysis of Partial Differential Equations of Mathematical Physics; Bases, Frames and Approximants in problems of Mathematical Physics; Spectral theory of differential operators; Classical and quantum integrable models; String and quantum field theory; Special functions; Scattering Theory; Inverse problems.

Dr. Hassan Niknafs, the rector of Khazar University, welcomed the participants, spoke about the international significance of the event and congratulated Professor Hamlet Isakhanli on the occasion of the 70th jubilee on behalf of the conference participants.

Professor Hamlet Isakhanli, in his speech, called the discussion of new achievements and research directions in the field of Mathematical Physics and bringing together leading experts in the field in Baku, Khazar University as a remarkable event, thanked the participants and wished them success in the conference.

Then the experts started delivering their reports based on the conference agenda.

The conference will continue its work in 4 sections within 4 days.

The closing ceremony of the conference will be held on May 24, 2018.

http://www.khazar.org/en/news/article/3195

[:]