[:az]“25 Years of Transformations of Higher Education Systems in Post-Soviet Countries” (Keçmiş Sovet İttifaqı Ölkələrində Ali Təhsil Sisteminin 25 İllik Transformasiyası) kitabı beynəlxalq nəşriyyat evi “Palgrave Macmillan”da 2018-ci ildə çap edilmişdir. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlının Təhsil İnstitununun əməkdaşı xanım Aytac Paşayeva ilə birgə hazırladığı “Higher Education Transformation, Institutional Diversity and Typology of Higher Education Institutions in Azerbaijan” (Ali Təhsilin Transformasiyası, İnstitusional Fərqliliklər və Ali Təhsil İnstitutlarının Tipologiyası) adlı fəsil bu kitaba (s. 97-121) daxil edilmişdir. Kitab keçmiş Sovet İttifaqı ölkələrinin ali təhsil müəssisələrində baş verən dəyişikliklərə dair ilk dərin araşdırma aparan qlobal layihə sayılır.
Qeyd olunan nəşr vahid Sovet modelinin fərqli milli təhsil sistemlərinə necə çevrildiyini araşdırır. Kitab son 25 il ərzində regionda aparılan islahatlar və dəyişikliklərin hərtərəfli təhlili ilə fərqlənir, Sovetdən öncə, Sovetlər və post-Sovet dövründə qurulan və inkişaf edən institusional modellərin təkamül mənzərəsi üzərində dayanır. SSRİ-nin 15 ölkəsini əhatə edən bu kitab postsovet sistemlərində institusional mənzərənin transformasiyasını müqayisəli təhlil edir. Ali təhsil və sosiologiya sahələrində, xüsusən tarix və müqayisəli tədqiqatlarla maraqlanan tələbələr və tədqiqatçılar üçün olduqca dəyərli vəsaitdir.
Kitab “Palgrave-in Qlobal Ali Təhsil Sahəsində Araşdırmaları” seriyası altında nəşr edilmişdir və qeyd olunan keçiddə, palgrave.com saytında ödənişsiz yükləmək üçün elektron variantda mövcuddur:
https://www.palgrave.com/us/book/9783319529790.
[:en]The book “25 Years of Transformations of Higher Education Systems in Post-Soviet Countries” is published by International Publishing House “Palgrave Macmillan”, 2018. The Chapter on “Higher Education Transformation, Institutional Diversity and Typology of Higher Education Institutions in Azerbaijan” co-authored by Founder of Khazar University and the Chairman of its Board of Directors and Trustees Professor Hamlet Isakhanli together with Ms. Aytaj Pashayeva of Education Institution of the Republic of Azerbaijan was included in the book (p. 97-121).
The publication investigates how the single Soviet model evolved into the diverse range of national education systems. It is distinctive as it presents a comprehensive analysis of the reforms and transformations in the region in the last 25 years; and it focuses on the institutional landscape through the evolution of the institutional types established and developed in Pre-Soviet, Soviet and Post-Soviet time. The book also embraces all fifteen countries of the former USSR and provides a comparative analysis of transformations of institutional landscape across Post-Soviet systems. It will be highly relevant for students and researchers in the fields of higher education and sociology, particularly those with an interest in historical and comparative studies.
The book is published under the “Palgrave Studies in Global Higher Education” series. It is available as an eBook for free download at palgrave.com in the link below:
https://www.palgrave.com/us/book/9783319529790.