“Xəzər”də yubiley Jubilee Celebration at Khazar

2016/04/15

Aprelin 11-də universitetin Mərmər salonunda tədris işləri üzrə prorektor, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, professor Məhəmməd Nuriyevin 70 illik yubileyi münasibətilə mərasim keçirildi. Aparıcılar – Məzunlarla iş mərkəzinin müdiri Baba Bayramlı və universitetin doktorant tələbəsi Marta Lauri mərasimi açaraq, M. Nuriyevin fəaliyyəti haqqında məlumat verdilər. Universitetin Multimedia mərkəzinin yubilyar haqqında hazırladığı slayd-şou nümayiş etdirildi.

Universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı M. Nuriyevə universitet kollektivi adından təbrrik məktubunu oxudu və məktubla birlikdə ona gül dəstəsi təqdim etdi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs çıxış edərək, M. Nuriyevin universitetdəki 20 illik fəaliyyətini yüksək qiymətləndirdilər, onun görkəmli təhsil təşkilatçısı və elm xadimi, tələbkar rəhbər, səmimi və ədalətli həmkar olduğunu qeyd etdilər, ona gələcək fəaliyyətində uğurlar arzuladılar.

İnstitutsional araşdırmalar mərkəzinin direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi Rafiq Əhmədov, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Xəzər Universitetinin Avrasiya və Orta Şərq Araşdırmaları mərkəzinin müdiri Fərda Əsədov, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi Firəngiz Nəsirova çıxış edərək, yubilyar haqqında xoş sözlər söylədilər.

Təhsil fakültəsinin təşəbbüsü ilə tədbir zamanı yubilyar haqqında eksklüziv sorğu keçirildi. Sorğunun nəticələrini fakültənin tədris işləri üzrə dekan müavini Zərifə Əliyeva elan etdi. Yubilyara fakülə adından hədiyyə də təqdim olundu.

Tədbirin sonunda M. Nuriyev çıxış edərək, mərasimin təşkilinə gğrə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

Mərasim Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu.

On April 11, 2016, a celebration was held on the occasion of the 70th birthday of Professor Mahammad Nuriyev, Advanced Educationalist of the Azerbaijan Republic. The announcers of the event were Baba Bayramli, Director of the Center for Alumni Relations, and Martha Lawry, PhD student. They opened the celebration with information about Prof. Nuriyev. Then the University Multimedia Center presented a slide show with photos of the professor.

Dr. Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs, read an official congratulatory letter on behalf of the university collective and presented a bouquet to Prof. Nuriyev. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and President Hasan Niknafs spoke highly of Prof. Nuriyev’s twenty years of service to Khazar, noting that he is a great educational organizer and scholar, a demanding leader, and a sincere and fair colleague. They wished him further success.

Congratulatory speeches were also made by Rafig Ahmadov, Director of the Institutional Research Center as well as Advanced Educationalist of the Azerbaijan Republic; Dr. Ingilab Ahmadov, Dean of the School of Economics and Management; Associate Professor Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences; Dr. Elza Semedli, Dean of the School of Education; Dr. Farda Asadov, Director of the Center for Eurasia and Middle East Studies; and Firangiz Nasirova, Senior Instructor of the Department of English Language and Literature as well as Advanced Educationalist of the Azerbaijan Republic.

The School of Education organized an exclusive survey during the celebration, the results of which were announced by Assistant Dean Zarifa Aliyeva. The School also gave a gift to Prof. Nuriyev.

At the end of the event, Prof. Nuriyev made a speech to thank the university administration and those who had organized the celebration.

The celebration included a concert program by the Department of Music and Fine Arts.