Dünya şöhrətli fizik Roald Sagdeev Xəzər Universitetində World-known Physicist Visits Khazar

2016/04/06

2016-cı il aprelin 1-də dünyada tanınmış fizik Roald Sagdeev Xəzər Universitetini ziyarət etdi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. H.İsaxanlı Xəzər Universiteti və Avrasiya Akademiyası haqqında geniş məlumat verdi. Roald Sagdeev də öz elmi fəaliyyətləri haqqında danışdı. Görüşdə müxtəlif elmi məsələlər və əməkdaşlıq planları müzakirə olundu.

Qeyd edək ki, Roald Sagdeev plazma üzrə fizika sahəsində aparıcı mütəxəssisdir və  keçmiş SSRİ Elmlər Akademiyası Kosmos Tətqiqatı İnstitutunun direktoru olmuşdur. Hazırda ABŞ-da yaşayır.

On April 1, 2016, world famous physicist Roald Sagdeev visited Khazar University and met withProfessor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. Prof. Isaxanli spoke about Khazar University and Eurasian Academy, and Roald Sagdeev in turn spoke about his own scientific activities. They discussed various scientific issues and plans for future cooperation.

Roald Sagdeev is a leading expert in plasma physics. He formerly served as Director of the Russian Space Research Institute in the USSR Academy of Sciences. He currently resides in the USA.