Meksika səfiri Xəzər Universitetində oldu Ambassador of Mexico Visits Khazar
2015-ci il sentyabrın 9-da Meksikanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Xəzər Universitetini ziyarət etdi və universitetin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Görüşdə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs da iştirak edirdi. Görüşdə Meksikanın ali təhsil ocaqları ilə Xəzər Universiteti arasında əlaqələrin qurulması, inkişafı kimi məsələlər ətrafında müzakirələr aparıldı.

