“Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” layihəsi Xəzər Universitetində müzakirə olundu “Training Course on Preparation and Evaluation of Textbooks” Discussed at Khazar
İyunun 9-da Xəzər Universiteti “Neftçilər” kampusunda “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi çərçivəsində müzakirə görüşü keçirildi. Görüş Təhsil Nazirliyi ilə Xəzər Universiteti arasında bağlanmış müqaviləyə əsasən “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” layihəsinin təşkili ilə əlaqədar ilk dəyirmi masa idi. Görüşdə Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin əməkdaşı Əsgər Quliyev, Dünya Bankının layihə koordinatoru Elvin Rüstəmov, “Bakı” nəşriyyatından Zaur İsayev, “Altun Kitab Evi”ndən Rafiq İsmayılov, “Radius” Nəşriyyatından Naymə Qəhrəmanova, “Təhsil Nəşriyyatı”ndan Elnur Əliyev və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev və layihə heyəti (Elza Səmədli, Raziyə İsayeva, Vurğun Əyyub, Lyudmila Sotova, Elnurə Əzizova, Cabir Məmmədli) iştirak etdirdilər.
Görüşdə adı çəkilən layihə çərçivəsində təşkil ediləcək təlimlərin daha səmərəli olması üçün mövcud problemlərin ortaya çıxarılması, təlimlərin və təlim materiallarının mövcud ehtiyacları əhatə etməsi və seçiləcək iştirakçıların məlumatlandırılması ilə əlaqədar məsələlər müzakirə edildi.
The meeting covered issues related to informing participants who will be selected for the training; preparation of training materials that are still needed; and resolution of remaining issues so that the training will be as fruitful as possible.





