Böyük Britaniya universitetinin əməkdaşı Xəzər Universitetində UK Researcher Visits Khazar
İyunun 17-18-də Xəzər Universitetində İngiltərə konsulluğunun təklif etdiyi “Böyük Britaniya və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün kiçik qrant” layihəsinin iştirakçıları ilə – Təhsil fakültəsi Biologiya elmləri departamentinin müəllimi dosent Günay Əkbərova və İngiltərənin Bradford Universitetinin Mühəndislik və informatika fakültəsinin Hüceyrə və toxuma mühəndisliyi departamentinin tədqiqatçısı Dr SA Bəhruz Xaqani ilə görüş keçirildi.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Təhsil fakültəsinin dekanı Dr Elza Səmədova, Mühəndislik və tədbiqi elmlər fakültəsinin dekanı Dr Həssən Niknafs, həmin fakültənin Elektronika, telekommunikasiya və radio mühəndisliyi departamentinin müdiri Dr Nuru Səfərov, Biologiya elmləri departamentinin müdiri Dr İradə Xəlilova, departamentin müəllimləri Dr Səadət Xudaverdiyeva və Dr Müşfiq Orucov iştirak etdilər. Dr G.Əkbərova bu layihə üzrə Bradford Universitetində olduğu zaman apardığı işlər haqda məlumat verdi. Ondan sonra Bradford Universitetinin Mühəndislik və informatika fakültəsinin Hüceyrə və toxuma mühəndisliyi departamentinin tədqiqatçısı Dr SA Bəhruz Xaqani mühazirə oxudu.
Mühazirə aşağıdakı mövzuları əhatə edirdi:
1. Biomateriallara giriş;
2. Tibbi cihazların dizayn edilməsinə giriş;
3. Hüceyrə və toxuma mühəndisliyinə giriş.
Dr Xaqani İngiltərədən özü ilə gətirdiyi və tibdə istifadəsi nəzərdə tutulan ilkin biomaterialları nümayiş etdirdi. Mühazirə suallar və müzakirələrlə başa çatdı.
Sonda isə gələcək əlaqələrin qurulması barəsində müzakirə aparıldı. On June 17-18, Dr. SA Behruz Khaghani, researcher of the Department of Medical and Healthcare Technology Cell and Tissue Engineering within the Faculty of Engineering and Informatics, University of Bradford, visited Khazar University along with Associate Professor Gunay Akbarova, instructor for the Khazar University Biology Department within the School of Education, and gave a lecture to students as part of the “Small Grant for Co-operation Development between UK and Azerbaijan Higher Institutions,” British Council’s project grant.
Other faculty and administrators participating in the lecture included Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hasan Niknafs, Dean of the School of Engineering and Applied Sciences; Dr. Elza Semedli, Dean of the School of Education; Dr. Nuru Safarov, head of the Department of Electronics, Telecommunications and Radio Engineering; Dr. Irada Khalilova, head of the Biology Department; and instructors of the department Dr. Seadet Khudaverdiyeva and Dr. Mushfig Orujov. Dr. Akbarova introduced the project and spoke about the research she carried out when she was at Bradford University. Then Dr. SA Behruz Khaghani gave a lecture on the following topics:
1. Introduction to Biomaterials,
2. Introduction to Medical device design,
3. Introduction to Cell and tissue engineering.
Dr. Khaghani also showed biomaterials for use in medicine that he had brought from the UK. The lecture ended with a question-and-answer period. Then a discussion was held about future partnership.