İqtisadiyyat və menecment fakültəsinin kampusunun dəyişdirilməsi ilə əlaqədar idarəolunmada və tədris prosesinin strukturunda dəyişikliklər edilməsi haqqında əmr University Order on Administrative, Structural and Location Changes of School of Economics and Management
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İqtisadiyyat və menecment fakültəsinin kampusunun dəyişdirilməsi ilə əlaqədar idarəolunmada və tədris prosesinin strukturunda dəyişikliklər edilməsi haqqında 27 may 2015-ci il tarixli əmr imzalamışdır.
Əmrdə göstərilir ki, İqtisadiyyat və menecment fakültəsinin Universitetin əsas kampusundan kənarda yerləşməsi fakültə ilə bağlı təşkilati, gündəlik idarəetmə və nəzarət, kargüzarlıq işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsində müəyyən çətinlik və maneələr yaradır. Bunu, eləcə də universitetdə ixtisasların və tələbələrin sayının ilbəil artmasını nəzərə alaraq, bütün təşkilati məsələlərin vaxtında və səmərəli həyata keçirilməsi, sinif otaqları və laboratoriyalardan daha səmərəli istifadə edilməsi məqsədilə, 1 sentyabr 2015-ci il tarixdən idarəolunmada və tədris prosesinin strukturunda aşağıdakı dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
İqtisadiyyat və menecment fakültəsi və İqtisadiyyat və Menecment departamenti Neftçilər kampusuna köçürülməsi; fakültə dekanlığı və departament üçün Neftçilər kampusunda ofislər ayrılması; İqtisadiyyat və menecment fakültəsinin bakalavr proqramlarının tədrisinin bütövlükdə Neftçilər kampusunda təşkil edilməsi; MBA proqramları dərslərinin “Bəşir Səfəroğlu 122” ünvanındakı kampusda davam etdirilməsi; digər fakültələrin arzularını və “Bəşir Səfəroğlu 122” ünvanındakı kampusun imkanlarını nəzərə alaraq, digər fakültələrin magistr dərslərinin də həmin kampusda keçirilməsi; birinci kurs tələbələrinə tədris olunan baza ingilis dilinin (English Foundation 1 və English Foundation 2) tədrisinin vahid proqram üzrə, mərkəzləşdirilmiş şəkildə “Bəşir Səfəroğlu 122” ünvanındakı kampusda təşkil edilməsi; “Bəşir Səfəroğlu 122” ünvanındakı kampusda keçirilən dərs və tədbirlərin təşkili, əlaqələndirilməsi və prosesə nəzarətin həyata keçirilməsi üçün kampus üzrə rektorluğun bir səlahiyyətli nümayəndəsinin, eləcə də ingilis dili dərsləri üzrə koordinatorun və MBA proqram koordinatorunun (direktorunun) təyin edilməsi; Auditoriya fondundan səmərəli istifadə məqsədilə bütün fakültələr üzrə dərslərin bazar ertəsi-şənbə günləri keçirilməsi; Bakalavr səviyyəsi üzrə İqtisadiyyat və menecment fakültəsi və Humanitar və sosial elmlər fakültəsinin dərslərinin birinci növbədə (9:00-13:20), Mühəndislik və tətbiqi elmlər fakültəsi və Təhsil fakültəsinin dərslərinin ikinci növbədə (13:40-18:00) təşkil edilməsi; auditoriya və laboratoriyaların fakültələr arasında bölgüsünün nəzərdə tutulmuş siniflərin (qrupların) sayına uyğun olaraq aparılması.
Əmrin icrası müvafiq qurumlara həvalə olunmuşdur. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, signed an order dated May 27, 2015 on administrative, structural and location changes of the School of Economics and Management. According to the order, the previous location of the School of Economics and Management (separate from the university’s main campus) was causing certain organizational and administrative difficulties for the university. In addition, the number of students and majors in the university has been increasing from year to year. In order to resolve these issues and to use classrooms and laboratories effectively, the following changes will be made in the administrative and academic procedures of the university beginning from September 1, 2015:
The School of Economics and Management and the Department of Economics and Management will be relocated to the Neftchilar campus; offices on the Neftchilar campus will be allocated to the dean and department faculty members; all courses in the bachelor’s programs of the School of Economics and Management will be held on the Neftchilar campus; MBA program courses will continue at the former location (122 Bashir Safaroghlu campus); other schools will be allowed to move their master’s program courses to the Bashir Safaroghlu campus as appropriate; first-year students will take all English Foundation 1 and English Foundation 2 classes at the Bashir Safaroghlu campus; a representative of the President will be appointed to oversee all coordination of courses and events on the Bashir Safaroghlu campus, a coordinator of English classes will be appointed, and a director of the MBA program will be appointed; all schools will hold their classes from Monday through Saturday for effective usage of classroom space; all bachelor’s programs in the School of Economics and Management as well as the School of Humanities and Social Sciences will hold classes in the mornings (9:00-13:20) and all bachelor’s programs in the School of Engineering and Applied Sciences as well as the School of Education will hold classes in the afternoons (13:40-18:00); and classrooms and laboratories will be assigned to Schools based on their numbers of class groups.
The order will be executed by appropriate administrative bodies of the university.